
50 yaşlı baş direktorla yarım əsrlik söhbət: İnsan ya müdrik olur, ya da… – FOTO
12:45 12.04.2022
Media
1059
Bu gün “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanovun 50 yaşı tamam olur. Media cameəsində özünəməxsus yeri olan Ələsgər bəylə yarım əsrlik söhbət etdik desək, yerinə düşər.
Publika.az Ələsgər Süleymanovu təbrik edərək onun yaradıcılıq yoluna nəzər salıb:
– 50 yaş sizin üçün hansı mənanı kəsb edir?
– 50 yaş mənim üçün ömrün bir günü, bir çağı, yaxud da bir onilliyidir. Ümumilikdə götürdükdə isə 50 yaş “restart” yaşıdır. Bilirsiniz, şəxsiyyət vəsiqəsi də 50 yaşda dəyişdirilir. Yəni yeni bir dönəmin, yenidən başlanğıcın təəssüratı var. Hansısa bir dövr bitir, yeni bir dönəm başlayır 50 yaşdan sonra.
– Yarım əsri başa vurdunuz, buna “Məşədi İbad yaşı” da deyirlər. Qocalmaqdan qorxmursunuz?
– Dost-tanışlar 50 yaşdan çox danışırlar. Əslində bu yaş məni bir o qədər də təəccübləndirmir. Mənim üçün dünən 49 idi, bu gün 50. Dəyişən sadəcə rəqəmdir. Elə də ciddi bir fərq hiss etmirəm. Açığı deyim, özüm özümə heç 50 yaş vermirəm. Ruh yaşımı hardasa 35-lərdə hiss edirəm. Bu baxımdan qocalmaqdan da qorxmuram. Həm də fikrimcə, hər yaşın öz gözəlliyi var. Yaşlanmağın da, qocalmağın da öz ləzzəti var.
– Uzun müddətdir ki, “Yeni Müsavat”da yol qət edirsiniz. Amma nədənsə özünüzü media nümayəndəsi kimi təqdim etməkdən çəkinirsiniz və ya media nümayəndəsi kimi təqdim etmirsiniz. Bunun xüsusi səbəbi var?
– Yox, çəkinmirəm. Hər zaman fəxr etmişəm ki, “Yeni Müsavat” Media Qrupunda çalışıram. Ömrümün 30 ilini “Yeni Müsavat”da keçirmişəm və bunu çox şərəfli dönəm hesab edirəm. Nəzərə alsaq ki, yaşımın yarısından çoxunu burada keçirmişəm, demək olar ki, şərəfli ömür yaşamışam. Lakin bir şeydə həqiqət var ki, mən özümü yaradıcı insan hesab etmirəm. Müəyyən yazılar yazmışam, ində də yazıram, amma öz yazdıqlarımı özüm heç vaxt bəyənmirəm. Çünki mən həm çox təftişçi, həm də tənqidçiyəm. Özümü jurnalistdən daha çox iş adamı, təşkilatçı, menecer kimi hiss edirəm.
– Sabir Rüstəmxanlı deyir ki, 50 yaş cavanlıq, 70 yaş müdriklik yaşıdır. Onun bu fikirləri ilə nə qədər razısınız?
– Sabir Rüstəmxanlı ilə əlbəttə ki, razılaşmamaq olmaz. Amma mənim fikrimcə, müdriklik üçün yaş önəm kəsb etmir. Hesab edirəm ki, insan ya müdrik olur, ya da olmur. İnsan 30 yaşda da, 50 yaşda da müdrik ola bilər. Amma 70 yaşı olsa da, müdrik olmaya da bilər.
– Sizin gənclik illərinizdə media yumruq kimi bir idi. Sonra bu birliyə gözmü dəydi?
– Razıyam. Medianın birlik olduğu yaxşı dövrləri olub. O dövrləri görmüşük, yaşamışıq. Hər hansısa bir problem olanda mövqeyindən asılı olmayaraq hər kəs həmrəylik göstərib, bir yerdə olub. Yığışıb qərarlar qəbul edilib, külüngü bir yerə vurmuşuq. Sonradan bunu istəməyən qüvvələr “parçala, hökm sür” siyasəti ilə bu birliyə son qoydular. Bu barədə medianın indiki halı ilə çox da razı deyiləm.
– Medianın İnkişafı Agentliyi ümidləri doğruldurmu?
– KİVDF-dən fərqli olaraq Medianın İnkişafı Agentliyi məsələlərə fərqli yanaşır və hiss olunur ki, yeniliklər etməyə çalışır. Düşünürəm ki, ortada böyük əziyyət, zəhmət var. Təbii ki, bu prizmadan yanaşdıqda razıyam. Lakin bəzi məsələlər var ki, operativlik tələb edir. Müəyyən qərarların ləng qəbul edilməsindən narazıyam. Bir az qərar qəbul etməkdə, qərarın icrasında gecikmələr olur. Bəzən isə verilən qərarın icrasına başlananda məlum olur ki, qərar öz əhəmiyyətini itirib, artıq onun həyata keçirilməsinin mənası qalmayıb. Bunların səbəblərini də anlayıram. Yaxın keçmişdəki müəyyən adamların yarıtmaz fəaliyyətləri ilə bağlıdır. Bu sadaladıqlarım qaydasına düşsə, hesab edirəm ki, gördükləri işlər daha effektiv olar.

– Gələcək planlarınız nədir?
– Gələcəklə bağlı müxtəlif istiqamətlərdə müxtəlif planlarımız var. Bizim internet üzərindən yayımlarımız var. Onun genişləndirilməsi və yerüstü yayıma keçməsi istiqamətində planlarımız var. Arzularımız çoxdur. Lakin hər şey bizim istəyimizlə olmur. Hər cür fədakarlığa hazırıq. Şəxsi planlara gəldikdə isə, planlarım başladığım işləri davam etdirmək, inkişaf etdirmək, xalqımıza və vətənimizə xidmət etməkdən ibarət olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur