"Asax reallığı"nı susdurmalıyıq: O səhifə erməni kəşfiyyatına bağlıdır
09:17 04.10.2019
Media
1205
Son illər geniş vüsət alan sosial şəbəkələr artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələrin medianın digər qollarından fərqi ondan ibarətdir ki, burada nəzarət yoxdur. Məhz bu səciyyəvi xüsusiyyətdən sui-istifadə edən bəzi fiziki və hüquqi şəxslər bir çox hallarda geniş ictimaiyyəti manipulyasiya etməyə çalışr, yalan informasiayalar yaymaqdan çəkinmirlər.
Belə “Facebook” istifadəçilərindən biri də “Arsax reallığı” adlı səhifənin sahibidir. O, təmiz Azərbaycan dilində ölkəmizə, millətimizə qarşı çirkin kampaniya aparır, Qarabağın ermənilərin "tarixi torpaqları" olduğunu iddia edir. Bəs necə etmək lazımdır ki, başdan-başa yalan informasiyalarla dolu olan təbliğatın qarşısı alınsın.
Məsələ ilə bağlı Sherg.az-a danışan Əməkdar jurnalist Azər Həsrət bildirib ki, bu cür sui-istifadə hallarını dayandırmaq çətin olsa da, mümkündür:
“Dünyada sosial şəbəkələrin imkanlarından yararlanaraq öz ideyalarını yaymağa çalışanlar kifayət qədərdir. Hətta onların arasında terror qruplaşmaları da var. Əlbəttə, sosial şəbəkələrin yaradıcıları buna mane ola bilərlər. Ancaq bu, böyük resurslar tələb edir. Həm də sosial şəbəkələrin azadlıq ruhuna ziddir. Gərək şikayətlər olsun ki, sosial platformanın rəhbərləri hansısa addım atsınlar. Əslində ermənilərin bu addımı atması heç də təsadüfi deyil. Əvvəla, bu, onların xislətində var. İkincisi isə, Ermənistanda Azərbaycan dilini hətta ədəbi dil səviyyəsində bilənlər var.
Ermənistanın xüsusi kəşfiyyat orqanları Azərbaycandakı daxili stabilliyi pozmaq üçün belə insanlardan istifadə edirlər. Çox güman ki, “Arsax reallığı” səhifəsinin də məqsədi budur. Biz bir vətəndaş olaraq bunun qarşısını almaq üçün təbii ki, kütləvi şəkildə etirazlar etməliyik. Əgər istifadəçiləri çoxdursa, şübhəsiz, daha çox şikayət olunmalıdır ki, səhifə bağlansın. Bunu mütləq etməliyik. Çünki biz susduqca düşmənlər daha fəal olacaqlar".
Kənan Novruzov
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1 gün ac qalmaq orqanizmi cavanlaşdırır!
03:51 30.08.2026
Sağlamlıq
La-Manş boğazında 5 nəfərin olduğu gəmi kömək siqnalı verib
02:42 30.08.2026
Dünya
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm