Almaniya Kansleri Fridrix Merts ölkədə məcburi hərbi xidmətin bərpa oluna biləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə məlumatı “Deutschlandfunk” radiosu yayıb.
"Biz könüllülük əsasında yeni hərbi xidmət modelini tətbiq etmişik. Hadisələri qabaqlamaq və qiymətləndirmənin nəticələrini indidən demək istəmirəm, lakin biz məcburi hərbi xidmətə qayıdışı təsadüfən seçkiqabağı proqramımıza daxil etməmişik", - deyə kansler bildirib.
Qeyd edək ki, Almaniyada məcburi hərbi çağırış 2011-ci ildə dayandırılıb. Onun bərpası hazırda siyasi müzakirə mövzusudur və hakimiyyət orqanları könüllü modelin kifayət qədər yeni əsgər cəlb etməyə imkan verib-verməyəcəyini qiymətləndirməlidir.