“Mən komandada yerli oyunçu və əcnəbi deyə ayırmıram. Komandada yeni futbolçular var. Amma kiminsə səhvi ucbatından uduzduğumuzu düşünmürəm. Bunlar ümumilikdə komandanın səhvləridir.
Teleqraf xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri deyib.
Mütəxəssis Azərbaycan Premyer Liqasının VIII turunda evdə “Sabah”a 0:4 hesabı ilə məğlub olduqları görüşü şərh edib:
“Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissədə yaranmış fürsətlərdən istifadə edə bilmədik. Sonra isə kobud səhvlərə yol verdik. Razıyam, son iki oyunda müdafiədə kobud səhvlərə yol veririk”.
Qeyd edək ki, “Qəbələ” hazırda 4 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.