Azərbaycanda Yeni media ilə bağlı təlimlər başa çatdı - FOTOLAR
21:40 12.03.2021
Media
659
Türkiyənin tanınmış Nişantaşı Universitetinin Yeni media üzrə müəllimlərinin azərbaycanlı media nümayəndələri ilə keçirdiyi onlayn təlimlər yekunlaşıb.
Təlimlərin təşkilatçısı və moderatoru Elşad Eyvazlı Modern.az-a bildirib ki, 3 gün davam edən təlimlərdə 22 dövlət təşkilatının, 20 media qurumunun nümayəndələri, eyni zamanda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri iştirak edib.
“Təlimlərin məqsədi Azərbaycanda bu sahədə çalışanların, həmçinin BDU-nun Jurnalistika Fakültəsinin tələbələrinin praktiki biliklərinin artırılmasına dəstək olmaqdır”.
Üç günlük təlimdə ilk görüş Nişantaşı Universitetinin müəllimi Özlem Tuğçe Keleş ilə “Yeni media və rəqəmsal media planlaması” mövzusunda keçirilib.
Növbəti gün həmin universitetin müəllimi Zeliha Ocak “Yeni media və jurnalistikanın inkişafı” mövzusunda çıxış edib.
Sonuncu təlimi keçən universitetin digər müəllimi Yelda Şenkalın bəhs etdiyi mövzu ilə ictimaiyyətlə əlaqələr və media haqqında olub.
Yekun təlimdə təşkilatçı media qurumlarından Global Journalism Council-in rəhbəri Mehmet Ali Dim çıxış edərək, layihə haqqında təəssüratlarını bölüşüb.
Həmçinin, Nişantaşı Universitetinin prorektoru Sibel Demir təlim iştirakçılarını salamlayaraq bundan sonra da belə işlərin davamlı olacağını söyləyib.
İştirakçılara Nişantaşı Universitetinin və Global Journalism Council-in sertifikatları veriləcək.
Qeyd edək ki, təlimlər Parlament Jurnalistlər Birliyinin “Media Könüllüləri - 145” layihəsi çərçivəsində BDU-nun Jurnalistika fakültəsi ilə birgə həyata keçirilib.
Oxşar xəbərlər
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - birgə açıqlama
06:06 15.10.2026
Jurnalistlərə saxta zəng xəbərdarlığı: tanınmış şəxslərin adından istifadə olunur - XƏBƏRDARLIQ
16:00 14.10.2026
Xəbər lenti
Hamısına bax
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm