Baş yazardan sərt açıqlama: “"Sputnik" Azərbaycanda mövcud olmamalıdır”
Yusif Nəzərli
13:47 28.02.2022
Media
1242
"Yeni Musavat" media qrupunun rəhbəri Rauf Arifoğlu "Facebook" hesabında Avropa Komissiyasının "Sputnik"lə bağlı qərarından yazıb. R.Arifoğlu qeyd edib: “Ölkəmizin düşməni Marqarita Simonyanın “Russia Today” və “Sputnik” quruluşları Aİ ərazisində yayınlanmayacaq. Bu qərara Azərbaycan da qoşulmalı!”.
Qeyd edək ki, “Sputnik” Rusiyanın dövlət xəbər agentliyidir. Bu media quruluşu 10 noyabr 2014-cü ildə Rusiya hökumətinə məxsus “Rossiya Seqodnya” xəbər agentliyi tərəfindən təsis edilib. "Sputnik"in Azərbaycanda regional redaksiyaları fəaliyyət göstərir.
Mövzu ilə bağlı daha ətraflı "Sherg.az"a danışan R.Arifoğlu bildirib ki, erməni xislətini gizlədə bilməyən şəxsin Azərbəycanda media quruluşunun olmasını düzgün hesab etmir:
“Marqarita Simonyanın rəhbərlik etdiyi mətbuat orqanı Azərbaycanda mövcud olmamalıdır. Onlar ölkəmizdə nəinki yayım edir, hətta geniş redaksiyaları var. Düzdü, orada bizim azərbaycanlı həmkarlarımız çalışır. Yenə də, bu yolverilməzdir. Çünki həmin quruluş Kremlin propaqandistidir. Həmçinin rəhbəri M.Simonyan Azərbaycana düşmən kəsilən adamdır. Pezidentlə debatda özünü necə tərbiyəsiz, düşməncəsinə, qeyri-obyektiv apardığını hər kəs müşahidə etdi. "Sputnik"in Azərbaycanda hələ də fəaliyyət göstərməsi prezident İlham Əliyevin demokrat insan olmasından və tolerantlığından irəli gəlir”.
Xanlar ƏLİBƏY
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur