
BDU-nun jurnalistika fakültəsi üçün geniş imkanlar açılır
Yusif Nəzərli
04:26 12.04.2022
Media
785
Üç qurum arasında geniş, əhatəli əməkdaşlıq fəaliyyəti nəzərdə tutulub
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov və Audiovizual Şuranın sədri İsmət Səttarov ötən həftə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində olublar. Görüşdə universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və professor-müəllim heyəti iştirak edib. Əvvəlcə Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasına baxış keçirilib. Radio və televiziya studiyaları, efir və montaj otaqları, audiovizual studiyaların fəaliyyəti və BDU TV internet kanalının işi ilə tanışlıq olub.

Audiovizual Şuranın sədri İsmət Səttarov studiyanın praktik imkanlarından və yaradıcı mühitdən məmnunluğunu ifadə edərək müştərək layihələrin həyata keçirilməsini təklif edib. Bildirilib ki, Tədris tele-radio studiyasının maddi-texniki potensialı əsasında müxtəlif formatlı proqramların hazırlanması mümkündür. Ölkənin radio və televiziya kanalları ilə əməkdaşlıq perspektivli layihələrin reallaşmasına imkan verəcək. Üçtərəfli əməkdaşlıq imkanlarını yüksək qiymətləndirən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tələbələrin praktik fəaliyyətinin stimullaşdırılmasından danışıb. Gələcəkdə MEDİA Agentliyinin dəstəyi ilə Jurnalistika fakültəsinin tələbələri üçün müsabiqələrin, treninqlərin və müxtəlif praktik seminarların təşkili barədə fikirlərini bildirib. BDU-nun prorektoru Əliş Ağamirzəyev və Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev əməkdaşlığın jurnalist kadrların yetişdirilməsi istiqamətində faydalı nəticələr verəcəyinə əmin olduqlarını ifadə ediblər.
Mühüm görüşlə bağlı “Şərq”ə danışan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu deyib ki, müzakirələr nəticəsində Medianın İnkişaf Agentliyi, Audiovizual Şura və BDU arasında üçtərəfli müqavilənin bağlanması nəzərdə tutulub. V.Zifəroğlunun sözlərinə görə, müqavilənin məqsədi BDU-nun Jurnalistika fakültəsi ilə mediamızla bağlı iki mühüm təsisatın əməkdaşlığının daha da genişləndirilməsidir:
“Başlıca məqsəd sıx əməkdaşlığın qurulması, eyni zamanda həm tədris, həm də praktik fəaliyyətdə qarşılıqlı əlaqələrin yaradılması və sıxlaşdırılmasıdır. Ən önəmli məqam budur. İstər tələbələr, istərsə də müəllimlərlə bağlı bir çox maraqlı əməkdaşlıq formaları nəzərdən keçiririk.
Əməkdaşlıq həm təlimlər, həm də praktik-təcrübi formalarda olacaq. Müştərək layihələrin icra edilməsində bir sıra maraqlı məqamlar öz əksini tapacaq. Üç qurum arasında geniş, əhatəli əməkdaşlıq fəaliyyəti nəzərdə tutulub.
Təbii ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi üçün çox geniş imkanlar açılacaq. Perspektivdə jurnalistika tələbələrinin işlə təmin olunmasından tutmuş praktik vərdişlərə yiyələnmələrinə kimi müxtəlif formatlarda əməkdaşlıq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur