COP29-u işıqlandıracaq jurnalistlər üçün təlim keçirilib
Yusif Nəzərli
07:13 13.03.2024
Media
885
Martın 13-də Medianın İnkişafı Agentliyinin və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) işıqlandırılmasında aktiv iştirak edəcək ingilisdilli jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “Dayanıqlı inkişaf və iqlim dəyişikliyi media perspektivində” mövzusunda ilk təlim keçilib.
MEDİA-dan Sherg.az-a verilən xəbərə görə, təlimin açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ekoloji məsələlərin ümumbəşəri əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu istiqamətdə peşəkar medianın üzərinə ciddi məsuliyyət düşdüyünü bildirmiş, medianın ilk növbədə ekoloji maarifləndirməyə böyük diqqət göstərməli olduğunu, həmçinin insanların ekoloji savada yiyələnməsinin təşviqində oynadığı müstəsna rolu qeyd edib.
İcraçı direktor həmçinin diqqətə çatdırıb ki, Azərbaycan mediası COP29-un yaratdığı imkanlardan faydalanaraq bu istiqamətdə işini səmərəli mexanizmlər əsasında qurmalı, öz subyektiv mülahizələrini əsas götürərək ölkəmizin imicini ləkələmək istəyənlərə tutarlı arqumetlərlə cavab verməlidir.
İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova isə qeyd edib ki, mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkə reallıqlarının dünya ictimaiyyətinə effektiv çatdırılmasına böyük imkanlar yaradacaq, davamlı təşkil olunacaq bu tip təlimlər jurnalistlərimizin COP29-la bağlı biliklərini daha da artıracaq.
Azərbaycan Respublikası Energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş İcraçı direktor Elnur Soltanov ətraf mühitin qorunmasında, ekoloji problemlərin həlli üçün birlikdə mühüm addımların atılmasında və Azərbaycanda iqlim dəyişikliyinin əhəmiyyəti barədə məlumatlılığın artırılmasında media nümayəndələrinin böyük rolunun olduğunu söyləmişdir.
İngilis dilində keçirilən təlimdə bərpa olunan enerji, iqlim dəyişikliyi məsələləri və dayanıqlılıq üzrə ixtisaslaşmış kommunikasiya mütəxəssisi Nik Mediç “İqlim dəyişikliyinin elmi əsasları”, “Bərpa olunan enerji: texnologiya və inkişaf” adlı sessiyalarda çıxış edib.
ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının Baş Elmi İşçisi, təlimçi Əhməd Hümbətov isə “Mədən yanacaqları: onlar ətraf mühitə nə qədər mənfi təsir göstərir və biz həqiqətən onlarsız keçinə bilərikmi?”, “İqlim dəyişikliyinin iqtisadi və siyasi aspektləri” sessiyalarında media nümayəndələri ilə geniş müzakirələr aparıb.
Sonda təlimçilər iqlim dəyişikliyi ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırılıblar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
19:20 27.08.2026
Futbol
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya