Daha bir jurnalist parlament seçkilərinə namizəd olacaq: "Gücümü..."
16:53 20.12.2019
Media
573
Tanınmış jurnalist Yelena Eyvazlı növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, bu barədə "Report"a müsahibəsində deyib. Yelena Eyvazlı bildirib ki, parlament seçkilərində öz gücünü sınamağı planlaşdırır:
"Son vaxtlar ölkəmizdə dövlət başçısı İlham Əliyev tərəfindən aparılmış istalahatlar hər bir vətəndaşı, vətənini sevən hər bir insanı ruhlandırır və motivasiya edir. Mən çox sevinirəm ki, istər bələdiyyə, istərsə də parlament seçkiləri ilə bağlı çox böyük bir canlanma var. Ölkə rəhbərliyi gəncləri dövlət idarəçiliyində, siyasətdə görmək istədiyini bildirir. Bu, çox böyük məsuliyyətli bir çağırışdır. Bizim cəmiyyətimiz daim bu cür çağırışlara hazır olmalıdır.
Mən yenidən öz fikrimə qayıdıram. Hər bir şey uşaqlıqdan başlayır. Düzgün istiqamət verilən uşaqlar aktiv yeniyetmələrə və daha sonra faydalı gənclərə çevrilirlər. Bu faydalı gənclər də təkcə öz ətrafına, öz valideynlərinə, öz paşəsinə deyil, dövlətə faydalı ola biləcəklər. Artıq bu istiqamətdə aktiv iş görməliyik ki, faydalı, pozitiv, sağlam düşüncəli, savadlı, müasir trendlərlə ayaqlaşan gənclər yetişdirək. Bütün bunları nəzərə alaraq irəlidə gələn parlament seçkilərində öz gücümü sınamağı planlaşdırıram. Müasirləşən Azərbaycanımızda baş verən yenilikləri özüm üçün bunu bir çağırış olaraq qəbul edirəm və məsuliyyətini anlayıram".
Qeyd edək ki, Yelena Eyvazlı (Sidorenko) uzun illər media sahəsində çalışıb. 3 il əvvəl jurnalistikadan ayrılan teleaparıcı müxtəlif şirkətlərdə PR sahəsində fəaliyyət göstərib və bir müddət əvvəl Bakı Bloqerlik Məktəbini təsis edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət