Azərbaycanda yük daşımaları 3% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda nəqliyyat vasitələri ilə 183 milyon 72,9 min ton yük daşınıb.

APA-Economics xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Məlumata görə, hesabat dövründə yük daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3% artıb.

Yük daşımalarının əsas hissəsi avtomobil nəqliyyatının payına düşüb. Belə ki, yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə 116 milyon 213,7 min ton yük daşınıb ki, bu da illik müqayisədə 6,7% çoxdur.