“Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda TƏLİM
Yusif Nəzərli
07:41 15.12.2021
Media
905
14 dekabr 2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün “Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu” adlı təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd icbari tibbi sığorta mövzusunu işıqlandıran media mənsublarına bu sahəni daha dolğun əks etdirmələri üçün ətraflı məlumat vermək, onlarla əməkdaşlıq imkanlarını genişləndirmək, habelə qeyri-hökumət təşkilatları ilə tərəfdaşlığı gücləndirməkdir.
Tədbirin açılışında çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsi Agentliyin fəaliyyətində prioritet istiqamətlərdən biridir və bu işdə media ilə qeyri-hökumət təşkilatlarının rolu böyük əhəmiyyət daşıyır. Aynurə Əhmədova həmçinin təlimin proqramı barəsində məlumat verərək Agentliyin cari ildə həyata keçirdiyi islahatları da diqqətə çatdırıb.
Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli isə media nümayəndələrinin peşəkarlığının artırılması və müvafiq sahədə mütəxəssislərin hazırlanması ilə bağlı təlimlərin əhəmiyyətindən bəhs edib: “Müxtəlif sahələr üzrə media nümayəndələrinin bilik və bacarıqlarının artırılması həmin sahələrlə bağlı məlumatların cəmiyyətə doğru və dəqiq çatdırılmasında mühüm rol oynayır. Buna nail olmaq üçün Agentlik təsis edildiyi gündən müxtəlif qurumlarla birgə çoxlu sayda inkişaf proqramları və kompleks tədbirlər həyata keçirib. Bu günə qədər təşkil etdiyimiz 70-dən çox yerli və beynəlxalq təlimçilərin iştirak etdiyi müxtəlif təlimlər və ixtisasartırma proqramlarına 450-dən çox media nümayəndəsi cəlb olunub”.
Təlimin birinci hissəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva “Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər”, Agentliyin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov isə “Göndərişlərin verilmə qaydası” mövzusunda təqdimatlarla çıxış ediblər. Təlim iştirakçılarına həmçinin icbari tibbi sığorta çərçivəsində xidmət almış vətəndaşın hekayəsini əks etdirən videoçarx təqdim olunub.
Təlimin ikinci hissəsində Agentliyin İşçi Qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Ələkbərov “İcbari tibbi sığorta sistemindən yararlanmaq üçün tibb müəssisələrinə müraciət qaydası. TƏBİB-in icbari tibbi sığorta sisteminin tətbiqində rolu”, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamə Musayeva isə “Agentlik ilə KİV və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi” mövzusu ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.
Təlimdə həmçinin praktik sessiya keçirilib. Belə ki, əvvəlcə iştirakçılara icbari tibbi sığorta ilə bağlı suallar verilib, daha sonra isə düzgün cavablar təqdim olunub.
Sonda təlim iştirakçılarının sualları cavablandırılıb və iştirakçılara sertifikatlar təqdim olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat