İnternet televiziyalarının lisenziya alması könüllü olacaq
Yusif Nəzərli
03:22 11.12.2021
Media
930
Onlar kabel şəbəkəsinə qoşulmaq istəsələr də, bununla bağlı KATV-nin də öz tələbləri var
“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı bir məqama etirazını bildirib. Ekspert bildirib ki, “Media haqqında” qanun layihəsi onlayn medianin inkşafına əngəl ola bilər. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə onlayn medianın tənzimlənməsinə diqqət yetirilib. Lakin yeni sənəddə onlayn media tənzimlənməsi ifrat dərəcədə olub: “Onlayn medianın adı qanun layihəsində veb-sayt kimi yazılıb.
Amma bu, qanunvericilikdə yoxdur. Nəzərə almaq lazımdır ki, onlayn mediada biznes var və mövcud yanaşma tərzi bu sahənin inkişafının əngəllənməsinə səbəb ola bilər. Onlayn medianın lisenziya alması fikri də başadüşülən deyil. Əgər internet televiziyaları üçün dövlət tezliyi yoxdursa, nə lisenziyalaşdırılacaq?! Bu, irəliyə yox, geriyə addım atmaqdır. Əslində, bu layihənin qəbulu ilə inkişafdan söhbət getməlidir. Lakin məhdudiyyət hiss edirəm və bu inkişaf, media qurumlarına pul qazanmağa imkan verməyəcək. Media müstəqil olmağı sevir. Yeni sənəddə internet televiziyaları üçün çox risklər var. Halbuki, qlobal dünyanın tərkib hissəsiyik. Yeni layihəni oxumamışdan əvvəl bir çox ölkənin, eləcə də Ukraynanın bu sahədəki qanunvericiliyinin 70 faiz hissəsini müşahidə etdim”.
Parlament sədrinin birinci müavini Əli Hüseynli isə ekspertə cavab olaraq qeyd edib ki, “Media haqqında” qanun layihəsinin hazırlanmasında Ukrayna təcrübəsindən istifadə edilməyib:
“Beynəlxalq təcrübə var və bu, oxşarlıq təşkil edə bilər”.
Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri İsmət Səttarov da bildirib ki, kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir. Sədrin sözlərinə görə, Azərbaycanda internet televiziyalarının lisenziya alması məsələsi könüllüdür: “Ölkədə internet televiziyalarının sayı çoxdur. Onlar kabel şəbəkəsinə qoşulmaq istəsələr də, bununla bağlı KATV-nin də öz tələbləri var. Bu sahədə müəyyən boşluqlar var. Bu boşluğu aradan qaldırmaq, yeni imkanlar yaratmaq üçün lisenziya məsələsi qanuna daxil edilib. Kanalların məcburi lisenziyalaşdırılmasından söhbət getmir. Platforma yayımçısı statusu alan hər internet televiziyası peykə çıxa bilməz. Yerüstü televiziya kanallarının 85 faizi peykdən televiziya siqnalı alır. Peykdə artıq məhdudlaşdırma var. Çünki bu bir resursdur”.
MTRŞ sədri əlavə edib ki, əgər bir şəxs haqqında televiziya və radioda hansısa məlumat gedirsə və bu, həmin şəxsin xoşuna gəlmirsə, ondan narazıdırsa, operativ qaydada məhkəməyə müraciət edilməlidir:
“Əks halda bu şikayət edilə bilməyəcək. Kimsə gedib evində oturur, birdən yadına düşür ki, 3 il əvvəl hansısa saytda, kanalda onunla bağlı nəsə məlumat getmişdi. Bu şikayət 1 ay ərzində verilə biləcək. Televiziyada, saytlarda söyüş olmamalıdır. Əvvəlki qanunlarda bu cərimələr daha sərt idi. İndiki qanunda bunu bir az yumşaltmışıq və 24 saat onun yayımına məhdudiyyət qoyulacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi