Jurnalistikanı bitirməyənlər Media Reyestrinə daxil edilməyəcək? - RƏSMİ
Yusif Nəzərli
07:15 10.02.2022
Media
836
“Media haqqında” qanunun qəbul edilməsi ilə vahid Media Reyestrinin yaradılması məsələsi təsdiqləndi. Platformada qeydiyyatla bağlı tələb edilən şərtlər media cameəsinin müzakirələrinə səbəb oldu. Bəzi media mənsubları tərəfindən ortaya atılan iddialara görə, vahid Media Reyestrində media fəaliyyəti ilə məşğul olan qeyri-jurnalist ixtisaslarını bitirmiş şəxslər qeydiyyatdan keçə bilməyəcəklər.
Modern.az məsələni aydınlaşdırmaq üçün Medianın İnkişafı Agentliyinə sorğu ünvanlayıb. Agentliyin Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva ilk olaraq qeyd edib ki, Media Reyestrində qeydiyyatdan keçmək könüllüdür:
“Kim qeydiyyatdan keçəcəksə, onlara jurnalist vəsiqəsi veriləcək. Amma bu o demək deyil ki, reyestrdə olmayan və ya burada qeydiyyata görə verilən vəsiqəni daşımayan şəxs media fəaliyyəti ilə məşğul ola bilməz. Jurnalistlər hansı media orqanında işləyirsə, oranın təqdim etdiyi iş vəsiqəsi ilə media fəaliyyətini davam etdirə bilərlər.
“Media haqqında” qanunda tələblər var və bunlardan biri də ali təhsildir. Ali təhsili olmayan media fəaliyyəti ilə məşğul olan şəxslər reyestrdə qeydiyyatdan keçə bilməyəcəklər. Amma Media Reyestrində qeydiyyatdan keçənlərin sırf jurnalistikanı bitirməsi şərt deyil. Qeyri ixtisası bitirən şəxslər də jurnalistika fəaliyyəti ilə məşğuldursa, qanundan irəli gələn tələblərə cavab verirlərsə, Reyestrdə qeydiyyatdan keçə bilərlər”.
Qeyd edək ki, “Media haqqında” qanuna görə Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir:
- ali təhsili olmalıdır;
- fəaliyyət qabiliyyətli olmalıdır;
- ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır;
- məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır;
- media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
- işlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;
- işlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
- jurnalistlərin fəaliyyəti bu Qanunun 13.1-ci və 13.2-ci maddələrinin tələblərinə uyğun olmalıdır;
- işlədiyi çap mediası subyektinin fəaliyyətində yaranmış fasilə bu Qanunun 59.7-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq olmamalıdır;
- jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç ) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir;
- jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir;
- fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur