Jurnalistlər fədakardırlar
İsmayıl Qocayev
09:22 23.07.2019
Media
821
Xalq artistləri qələm əhlini təbrik etdilər
Azərbaycan Milli Mətbuatının yaranmasından 144 il ötür. Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin bu gün yüzlərlə layiqli davamçısı var. Bu gün məhz onların bayramıdır.
Hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
Milli Mətbuat günü münasibətilə Azərbaycanın tanınmış incəsənət və mədəniyyət xadimləri də vicdanı ilə dövlətinə, millətinə xidmət edən qələm sahiblərini təbrik etdilər.
Xalq artisti Faiq Ağayev milli mətbuatımızın 144 yaşı münasibətilə «Şərq» vasitəsilə media nümayəndələrinə təbrikini dilə gətirdi: «Çox-çox azsaylı peşəkarları bu bayram münasibətilə təbrik edirəm.
Bu işin məsuliyyətini dərk edənləri, işini vicdanla həyata keçirən və pula satılmayan həqiqi jurnalistlərimizi təbrik edirəm. Azərbaycan jurnalistikasının 1 əsr yarımlıq tarixini əziz tutanları təbrik edirəm. Həqiqətən çox çətin bir peşənin sahiblərisiz. Həmişə belə olub və belə də olacaq. Bu çətinliyə sinə gələn, bu çətinlik üzərindən namusla, ləyaqətlə çıxanların hər birini bağrıma basıram, işlərində, yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıram. Hər zaman vicdanlı olmaq asan deyil. Vicdanı ilə millətinə, dövlətinə xidmət edən qələm sahiblərinə can sağlığı arzulayıram. Var olun, dostlar. Bayramınız mübarək!».
Xalq artisti Mənsum İbrahimov da Milli Mətbuat Günü münasibətilə təbriklərini söylədi: «Bayramınız mübarək! Mən sosial şəbəkədə peşəkar mətbuatda olan dostlarımı təbrik etmişəm.
«Şərq»in simasında milli mətbuatımızın inkişafında xidməti olan dəyərli jurnalistlərimizi təbrik edirəm. Mənim jurnalistlər arasında dəyərli dostlarım var. Həqiqətən çox məsuliyyətli və şərəfli bir peşənin sahiblərisiz.
Sizləri çox sevirəm. Həqiqətən jurnalistlər fədakar insanlardı. Əsl jurnalistlərin qələmlərinə böyük hörmətim var. Onlar diqqətə, sevgiyə layiqdirlər.
Elə sizin simanızda peşəkar, vicdanlı jurnalist dostlarımı bir daha Milli Mətbuat Günü münasibətilə təbrik edirəm. Jurnalistlər millətin dərdini, qayğısını çəkən insanlar olur. Onlar milli maraqları hər zaman üstün tuturlar. Millətin tarixini yazarkən onların müstəsna xidmətləri var. Allah sizi var etsin. Ədalətli və cəsarətli olmağı arzulayıram sizə. Təbrik edirəm, əziz dostlar!».
Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edirik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İnfantino İran yığmasının DÇ-2026-da iştirakını təsdiqləyib
23:29 30.04.2026
Futbol
“Neftçi” “Qarabağ”ı məğlub edib
23:07 30.04.2026
Dünya
“Sabah” futbol klubu ilk dəfə Azərbaycan çempionu olub
22:48 30.04.2026
Futbol
“Sevərək, xırda-xırda yığdığım evimdən çıxdım”
22:34 30.04.2026
Şou
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm