“Jurnalistlərə qarşı kobudluq qəbuledilməzdir”
Yusif Nəzərli
15:07 02.12.2021
Media
414
Dövlət Sərhəd Xidmətinin 30 noyabr helikopter qəzasında şəhid olmuş hərbçiləri ilə vida mərasimi keçirilib.Mərasimdə DSX mayoru Rövşən Cahangirovun vəzifəsini icra edən Baku TV-nin əməkdaşlarına hücum etməsi ciddi mübahisələrə səbəb olub. Hadisəyə münasibət bildirən Mətbuat Şurası R.Cahangirovun əməlini qəti şəkildə pisləyib, bunun jurnalistlərin sərbəst fəaliyyətinə mane olduğunu bəyan edib. Qeyd olunub ki, media orqanlarının hadisələri işıqlandırmaq məlumat toplamaq məqsədinin qarşısı heç cür alınmamalı və onların nümayəndələrinə qarşı güc tətbiqi elementləri ilə müşayiət edilən davranışlara yol verilməməlidir. Şura baş vermiş hadisəyə layiqli qiymətin veriləcəyinə ümid etdiyini söyləyib.
Maraqlıdır, ölkəmizdə yüksək vəzifəli şəxslərin,məmurların mediaya qəzəbi nədən qaynaqlanır? Bu istiqamətdə hansı maarifləndirici tədbirlər görülməlidir?
Mövzunu “sherg.az”a dəyərləndirən BDU- nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli bildirib ki, məmurların bu münasibəti jurnalistləri narahat etməməlidir:
“Onlar jurnalistləri sevmirlər. Ona görə ki, media işçiləri ictimai nəzarətçidir. Söhbət , əlbəttə ki, dürüst və ləyaqətli jurnalistlərdən gedir. Yüksək vəzifəli məmurlar anlamalıdırlar ki, jurnalist hər hansı məkanda informasiya toplamaqla məşğuldur və o cəmiyyət üçün çalışır”.
Professor jurnalistlərin əməl etməli olduğu bir sıra etik qaydaları da vurğulayıb:
“Jurnalistin özü də müəyyən etik qaydalara riayət etməli, hər yerdə qanuna uyğun şəkildə fəaliyyət göstərməlidir. Heç kimdə qıcıq yaratmağa çalışmamalıdır. Məmurlar da eyni zamanda bilməlidirlər ki, jurnalistlə bu cür kobud davranmaq olmaz”.
Q.Məhərrəmli məlum hadisəyə diqqət çəkib:
“Sən DSX əməkdaşı olsan belə, media işçisinə qarşı kobudluq edə bilməzsən. Jurnalistlərə qarşı hər hansı kobud hərəkət qəbuledilməzdir. Məmurlar jurnalistlərin soruşmaq, dəqiqləşdirmək, araşdırmaq kimi prosesləri həyata keçirməyə ixtiyarlarının olduğunu bilməlidirlər. Onlara münasibətdə nəzakətli, mədəni olmalı və beyinlərindəki mediaya qarşı zorakılıq niyyətini söküb atmalıdırlar”.
Professor sonda söyləyib ki, media işçisiləri ilə bu cür davranışa nə qanunun, nə də etik davranış kodeksi icazə verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya
IDF: Livanda 1 400-dən çox Hizbullah üzvü zərərsizləşdirilib
17:57 10.04.2026
Dünya