MEDİA-nın icraçı direktoru: “Media haqqında” yeni qanun layihəsində “Report”un təklifi öz əksini tapacaq”
Yusif Nəzərli
08:57 17.12.2021
Media
808
“Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb. Ancaq layihəyə bir sıra düzəlişlərin edilməsi yaxşı olardı”.
Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin bu gün keçirilən birgə iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O bildirib ki, layihənin 13-cü maddəsinə (İnformasiyadan istifadə edilməsi) düzəlişlər edilməlidir: “Layihənin 13.1-ci bəndinə əsasən, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər. Layihənin 13.2-ci bənddə isə qeyd edilib ki, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər. 13.3-cü bənddə isə qeyd edilib ki, bu qanunun 13.1-ci və 13.2-ci maddələri dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir”.
F.Hüseynəliyev təklif edib ki, qanun layihəsinin 13.3-cü bəndinə informasiya agentliklərinə istinadla bağlı məsələ öz əksini tapsın: “Hesab edirəm ki, bu bəndə yenidən baxılmalıdır. Media subyektləri informasiyaları agentliklərə istinad etməklə (özəl, eksklüziv informasiyalar) abunəlik və ya müqavilə əsasında istifadə etməlidirlər”.
Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov da bu məsələ ilə razı olduğunu qeyd edib: “Bütün tövsiyələr tərəfimizdən qeyd edilir və ətraflı müzakirə olunur. Bu məsələ öz həllini tapmaqdadır və layihəyə əlavə olunacaq. Bu məsələ qanunda öz əksini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region