Naşir və iqtisadçıdan sos! - Kağız bahalaşdı:“Çap məhsulları sıradan çıxacaq”
Yusif Nəzərli
15:12 29.03.2022
Media
586
Şahbaz Xuduoğlu:“Əsasən kağız idxal edən ölkələr müharibə şəraitindədilər”
Nazim Bəydəmirli:“Rusiya hər yerə problem yaradır. Ondan başqa digər alternativlər var. Təkrar emal sahəsinin inkişafı üçün çalışmaq lazımdır”
Bir neçə gündür Azərbaycanda A4 formatlı kağızın qiyməti qalxıb. Əvvəllər bir bağlaması 4,5 manata satılan kağız hazırda mağazalarda 9-10 manatadır.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Dəftərxana ləvazimatlarının satışı ilə məşğul olan bir çox yerdə sözügedən kağızlar yoxa çıxıb, olanlar isə qiyməti ikiqat artırıb. Həmçinin əvvəllər bir ədədi 50 qəpiyə satılan A3 formatlı kağız da iki dəfə bahalaşaraq bir manata satılır.
İddia olunur ki, sözügedən kağızın qiymətinin artması yerli istehsalın olmaması, onun Rusiyadan gətirilməsi ilə əlaqədardır. Rusiyada kağız istehsal edən müəssisə kimyəvi xammalın bir hissəsini Almaniyadan idxal edir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra isə Almaniya hökuməti ixracı dayandırıb. Nəticədə Azərbaycana da kağızın ixracı dayanıb.
Kağızın bahalaşması iddiaları ilə bağlı "Sherg.az"a açıqlama verən "Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun sözlərinə görə, belə davam edərsə, çap məhsulları sıradan çıxacaq. Çünki əsasən kağız idxal edən ölkələr müharibə şəraitindədilər:
"Azərbaycana kağız Rusiya və Ukraynadan gəlirdi. Hazırda gəlmir, bircə Çin qalır. Çindən də kağız 2-3 aya gəlib çatır. Orda da qiymətlər həddindən artıq bahalaşıb. Avropa kağızını müxtəlif yerlərdən, İndoneziya və Çindən alır. Ölkəmizə baha qiymətə gəlir. Almaniya, Finlandiya istehsalçı ölkədir, lakin həmin ərazilərdən də gətirmək qiyməti yüksəkdir.
Əvvəldən nəşr edilən kitabların qiyməti olduğu kimi satılacaq. Yeni qiymətlər mütləq qalxacaq. Ay yarım əvvəl qəzet, kitab kağızının qiymətinin 1700 dollara qalxmasını demişdim. Amma artıq 1700 deyil, 2100 dollara yüksəlib. 1 ton offset ( mətbəə ) çapı kağızının qiyməti durmadan artır”.
Vəziyyəti şərh edən iqtisadçı-alim Nazim Bəydəmirli isə “Sherg.az”a Rusiyaya qarşı qoyulan sanksiyaların logistik problemlər yaratdığını söyləyib:
“Dünyanın 30 faizindən çoxunun kağız idxalı Rusiyanın payına düşür. Müharibəyə görə bank köçürmələri də çətinləşib. Qısa müddətdə qiymətin bahalaşması mümkündür. Lakin dünyadakı bahalaşma ilə əlaqəli deyil. Yaxşı tərəfdaş olmayan Rusiya hər yerə problem yaradır. Ondan başqa digər alternativlər var. Təkrar emal sahəsinin inkişafı üçün çalışmaq lazımdır. Dünyada ekologiya tərəfdarları və müəyyən ölkələr meşələrin qırılmasına qarşı çıxırlar. Qəzetlər də təkrar emaldan yararlanır. A4 formatını alternativ ölkələrdə istehsal edir. Alıcılar, şirkətlər qısa müddətdə ola bilər ki, alternativ tapmaqda çətinlik çəkiblər. Rublun ucuzlaşması malı bahalaşdırmamalı idi, çətinlik kommunikasiya problemlərinə görədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur