“New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb - FOTO
“New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb - FOTO
Yusif Nəzərli
09:24 29.11.2021
Media
984
29 sentyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “New Media” gənc jurnalistlər üçün nəzəri və praktiki biliklər üzrə seminarlar başlayıb.
Proqramın açılış mərasimində çıxış edən ADA Universitetinin prorektor müavini Aygün Hacıyeva bildirib ki, “İxtisasartırma proqramları 2007-2021-ci illəri əhatə edən müddət ərzində 6000-dək diplomat və müxtəlif dövlət qurumlarımı təmsil edən peşəkarlar üçün təlim proqramları və seminarlar təşkil edib. Diqqətə çatdırılıb ki, bu gündən etibarən başlayan və bilavasitə tələbələr üçün nəzərdə tutulan proqram ərzində ADA Universitetinin professor-müəllim heyəti iştirakçılara yalnız nəzəri deyil, eyni zamanda praktiki bacarıqlar da ötürəcəklər.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, media sahəsində həyata keçirilən islahatların əsas istiqamətləri normativ hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin, istifadəçilərin media savadlılığının artırılmasıdır. Qeyd olunub ki, seminarların təşkilində əsas məqsəd bu sahəyə gələn yeni mütəxəssislərin peşə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Sonra ADA Universitetinin Proqram administratoru Sona Əliyeva isə iştirakçıları proqram qaydaları ilə tanış edib.
Silsilə seminarların ilk günündə ADA Universitetinin İctimai və Beynəlxlaq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyeva “Müasir media mühitinə baxış”, “Jurnalist missiyası” mövzularında çıxış edib.
Qeyd edək ki, “Yeni qabiliyyətlər, həmin dəyərlər” başlığı altında keçirilən silsilə seminarlarda Media İnkişafı Agentliyinin “MEDİA Konüllüləri” proqramının fəalları arasından seçilən 17 namizəd müasir media mühiti, jurnalist dəyərləri, peşə etikası və davranış qaydaları, o cümlədən Azərbaycana dair fundamental mövzular (Azərbaycan – Ermənistan münasibətlərinin keçmişi, gələcəyi; tarixi Zəfərimizin milli və regional miqyasda təsiri; Cənubi Qafqazın geosiyasəti; Xəzər hövzəsinin təbii ehtiyatlarının qlobal əhəmiyyəti və s.) üzrə nəzəri biliklər əldə edəcəklər. Həftəlik seminarlarda iştirakçılar jurnalist peşəsində lazımlı olan ünsiyyət bacarıqları, protokol və etiket, vaxtın və stresin idarəedilməsi kimi qabiliyyətlər inkişaf etdirəcəklər. Təlim proqramını bitirdikdən sonra seminar məzunlarının Medianın İnkişafı Agentliyinin tövsiyyəsi ilə ölkənin müxətlif media subyektlərində ilkin mərhələdə təcrübə proqramına, daha sonra isə məşğulluğa başlayacaqları gözlənilir.
Seminarlar dekabrın 17-də başa çatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan ICAPP-ın Qadın Qolunun toplantı iştirakçılarını qəbul edib
22:00 10.04.2026
Region
Tramp: İranlılar bu gün yalnız danışıqlara görə sağdır
21:47 10.04.2026
Gündəm
Orban: Ukrayna NATO-ya üzv ola bilməyəcək
21:34 10.04.2026
Dünya
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
21:23 10.04.2026
Dünya
ABŞ danışıqlar masasında güc kartını oynayır - ŞƏRH
21:15 10.04.2026
Siyasət
Tatlısəsin görüntüləri yayıldı: Ərdoğan ziyarətə adam göndərdi
20:14 10.04.2026
Mədəniyyət
Didye Deşam "Real"ın baş məşqçisi ola bilər
20:00 10.04.2026
Futbol
İsrail Makronu Livanla danışıqlara buraxmaqdan imtina edib
19:50 10.04.2026
Dünya
Tramp “dünyanın ən güclü yenidən qurulması” barədə açıqlama verdi
19:27 10.04.2026
Gündəm
ABŞ-la danışıqlara Pezeşkian özü getdi
19:25 10.04.2026
Dünya
Cənubi Qafqazda sabitlik Azərbaycanın sayəsində qurulur - ŞƏRH
18:45 10.04.2026
Gündəm
Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə oklunub
18:17 10.04.2026
Dünya