Rəşad Məcid kitabının çox satılmasının SİRRİNİ açdı: "Bir ilə yaxındır ki..."
Fidan Həmişəyeva
11:37 03.10.2019
Media
1228
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirildi. Nəsiminin 650 illiyinə həsr olunan və 3 gün davam edən sərgiyə maraq çox böyük idi.
Kitab yarmarkasında ən çox hansı müəlliflərin kitabının satıldığı da bəlli olub. Bu barədə "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu məlumat verib. Yarmarkada alıcıların ən çox diqqətini Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin kitabları çəkib. R.Məcidə təşəkkür edən Ş.Xuduoğlu deyib ki, yazar yarmarka boyu orda olub:
“Rəşad Məcid bütün yazıçılara dəstək verdi, kitablarını aldı, gəlib-gedənlərə təqdim etdi. Bayram havasını hər kəsə çatdırmağa çalışırdı. Qonğımız, Qonkor mükafatçısı Jan Kristof Rufenin qarşılanmasında və təqdimatında rəsmi tərəf kimi iştirak edib kiçik bir nitq söylədi. Hadisələr dərhal, məqamında reaksiya verməyi bacarırdı, bu da yarmarkanı daha canlı edirdi. Stendimizdə kitabların imza edən bütün yazıçılara sonsuz təşəkkürümü bildirirəm. Önəmli nə qədər satmaq deyil, önəmlisi oxucunun gözünə baxıb kitabın haqqında onunla danışmaqdır”.
Kitab sərgisi ilə bağlı təəssüratlarını Sherg.az-la bölüşən “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid yarmarkanın böyük hadisə olduğunu diqqətə çatdırdı.
Onun sözlərinə görə, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan xalqının, ziyalıların ən həmrəy şəkildə qoşulduğu və ürəkdən bayram etdiyi bir yarmarka idi:
“Beynəlxalq kitab yarmarkası ölkəmizdə artıq 6-ci dəfədir ki, keçirilir. Keçirilən yarmarkaların hər birində iştirak etmişəm. İmza günlərinin də çox olmasında maraqlıyam. Ona görə də bu sahədə təbliğatlar apardıq. Yarmarka çox yaxşı keçdi. Mənim kitabım ən çox satılan oldu. “Qələmsiz yazılanlar” kitabını artıq bir ilə yaxındır ki, sosial şəbəkələrdə təbliğ edirəm, Azərbaycanda ilk dəfə statuslar və “sms”lərdən ibarət kitabdır. Kitab Azərbaycan ədəbiyyatında yeni janrdır. “Qanun” nəşriyyatında həm öz kitabımın, həm də digiər kitabların imza günündə fəal iştirak edirdim. Şahbaz bəylə danışdım və kitabımı yarmarkanın açılışına saldıq. Ümumiyyətlə, kitabın təbliğatını fərqli yollarla həyata keçirmək lazımdır. Yarmarka da buna bir bəhanə idi. Çox yaxşı ki, kitab yarmarkasına oxucular, xüsusilə də, gənc oxucular gəlirdilər. Onlar yarmarkaya sadəcə baxmağa yox, həm də kitab alırdılar. Hətta bir neçəsi ilə söhbətimiz də oldu”.
R.Məcid Azərbaycanda bazar qayda-qanunlarına uyğun və dəyərləri gözləyən nəşriyyatın “Qanun” Nəşrlər Evi olduğunu söylədi:
“Xan” və “Teas Press” nəşriyyatı da son vaxtlar yaxşı fəaliyyət göstərir. Yəni, həm bazarı və oxucu səviyyəsini nəzərə alırlar, həm də özlərinin kitab yayım evləri var. Əvvəllər narahatlıqla danışırdıq ki, Azərbaycanda kitab mağazaları yoxdur. Artıq kitab mağazalarının sayı artıb. İndi belə bir narazılıq var ki, bölgələrdə kitab satışı təşkil olunsun. Düşünürəm ki, bu yarmarkadan sonra artıq bölgələrdə də hansısa formada kitab satışına dəstək olmaq mümkündür. Yaxud icra hakimiyyətləri və Mədəniyyət Nazirliyi bölgələrdə də kitab yarmarkasının keçirilməsini aktuallaşdıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Dəniz blokadası İrana qarşı hərbi əməliyyatın davamıdır
21:50 30.04.2026
Dünya
Makron həyat yoldaşı ilə birlikdə Ermənistana səfər edəcək
21:14 30.04.2026
Dünya
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
20:11 30.04.2026
Cəmiyyət
Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
19:59 30.04.2026
Sosial
Kamran Əsədovun məhkəməsi keçirilib
19:22 30.04.2026
Hadisə
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
19:15 30.04.2026
Dünya
Dağıstanın rəhbəri dəyişir
19:07 30.04.2026
Dünya
CNN: ABŞ viza qaydalarını sərtləşdirir
19:00 30.04.2026
Dünya
Kreml: Putin Trampı 9 May Moskva paradına dəvət etməyib
18:52 30.04.2026
Dünya
Peskov açıqladı: Atəşkəs qərarı birtərəfli şəkildə icra olunacaq
18:50 30.04.2026
Gündəm
Bakı uyğun bilsə, Ərdoğan İrəvana gedər - TÜRK EKSPERTDƏN RƏY
18:22 30.04.2026
Gündəm
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb
18:17 30.04.2026
Gündəm
Hipertenziya ilə hipertoniya eyni deyil - Vaqif Qarayev
18:12 30.04.2026
Sağlamlıq
Milli Məclisin sədri Britaniya səfiri ilə görüşüb
17:48 30.04.2026
Gündəm