"Saxta xəbərlər yayan media subyektlərində son vaxtlar təlaş yarandığının şahidi oluruq".
APA xəbər verir ki, bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
O qeyd edib ki, dezinformasiya milli təhlükəsizlik baxımından da ciddi təhlükə hesab olunur: “Bəzi şəxslər məhz bu məqsədlə qəsdən saxta məlumatlar yayırlar və bunun qarşısının alınması üçün müvafiq addımlar atılır. Eyni zamanda bəzən bilmədən saxta xəbər yayılır. Bu problemin aradan qaldırılması isə əsasən media savadlılığının artırılması yolu ilə mümkündür”.