Rusiyanın təbliğatı çökür, dayaqları çat verir
Yusif Nəzərli
00:40 29.03.2022
Media
700
Moskva özünü gerçək informasiyadan qorumaq üçün müəyyən addımlar atır
"Rusiya çox ciddi informasiya fəlakəti ilə üz-üzədir və verdiyi qərarlar təəssüf doğurur"
Azərbaycanın daha bir saytının - “oxu.az” xəbər portalının Rusiyada yayımı qadağan edilib. "Roskomnadzor"un (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti - red) qərarına əsasən, “oxu.az” saytı bloklanıb. Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur.
Ekspertlərə görə, "Roskomnadzor"un belə addım atması qərəzli və qanunsuzdur. Bu addım eyni zamanda Rusiya cəmiyyətinin obyektiv məlumat almaq, alternativ fikirlə tanış olaraq düzgün nəticəyə gəlmək hüququnun məhdudlaşdırılmasıdır. Xatırladaq ki, “oxu.az” iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bundan əvvəl rusdilli “Haqqin.az” və “Minval.az” saytları da Rusiya hökuməti tərəfindən ayrıseçkiliyə məruz qalıb. Ekspertlərin fikrincə, Azərbaycan KİV-lərinin Ukrayna ilə bağlı yayımları, Rusiya-Ukrayna müharibəsində tutduğu obyektiv mövqe Moskvanı narazı salır. Lakin Rusiyanın Azərbaycan media qurumlarına belə yanaşması iki ölkə arasındakı münasibətlərə hörmətsizlikdir. Kremlin bloklama siyasəti dövlətin öz informasiya məkanını “yad elementlərdən” təmizləmək istəməsi kimi dəyərləndirilə bilməz. Çünki Azərbaycan KİV-ləri heç bir halda söz və ifadə azadlığından sui-istifadə etmir. Onlar müharibəyə işğal faktı prizmasından yanaşırlar.
Qərarı “Şərq”ə dəyərləndirən media eksperti, professor Qulu Məhərrəmli deyib ki, bütün dünyanı informasiya müharibəsinə məruz qoyan Rusiyanın özü indi məhz həmin təbliğatın ən ciddi qurbanlarından birinə çevrilir. Professor bildirib ki, dünyanı yalana bürümüş Rusiya təbliğatı çökür, dayaqları çat verir. Ona görə də Moskva özünü gerçək informasiyadan qorumaq üçün müəyyən addımlar atır:
“Yadınızdadırsa, bir neçə həftə əvvəl Rusiya parlamenti yalan məlumatlar, feyklər haqqında qanun qəbul etdi, ciddi cəzalar müəyyənləşdirdi. Yüksək cərimələrlə yanaşı, uzunmüddətli həbslər də nəzərdə tutulur. Bu, ilk növbədə Rusiya vətəndaşlarını qorxutmaq üçündür ki, onlar mövcud hakimiyyətin siyasəti əleyhinə istifadə etməsinlər. Rus ictimaiyyəti rusdilli saytlardan məlumat aldığı, orada yazılan reallıqları gördüyü üçün Rusiyanın müvafiq idarəsi saytları bloklayır. Rusiya hakimiyyəti ölkə ictimaiyyətinin gerçəkləri öyrənməsindən həddindən artıq qorxur”.
Ancaq Q.Məhərrəmli hesab edir ki, bununla bağlı Rusiya-Azərbaycan münasibətlərində hər hansı gərginlikdən danışmaq tezdir:
“Bu, Rusiyanın “özünümüdafiə” və həqiqətdən qorunmaq instinktidir. Kreml bunun üçün bütün vasitələrdən istifadə edir və təkcə Azərbaycanla bağlı deyil. Gürcüstan və Ermənistanın da rusdilli saytlarının ölkədə yayımı qadağan olunub. Ukrayna haqqında ümumiyyətlə heç bir məlumat vermək olmaz. Prezident V.Zelenskinin rus mediasına verdiyi müsahibənin tirajlanmasına ölkənin müvafiq qurumu tərəfindən qadağa qoyulub. Rusiya çox ciddi informasiya fəlakəti ilə üz-üzədir və verdiyi qərarlar təəssüf doğurur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm
Suraxanı rayonunun bir sıra ərazilərində işıq olmayacaq
11:15 10.04.2026
İnfrastruktur
11 milyon qonorarı geri qaytaracaq
10:53 10.04.2026
Şou