“Şirməmməd Hüseynov” mükafatı: Kimlərə veriləcəyi bilindi
07:23 13.12.2019
Media
637
Bir müddət öncə Parlament Jurnalistləri Birliyinin (PJB) “Şirməmməd Hüseynov” mükafatı təsis etməsi barədə məlumat vermişdik. Birliyin rəhbəri Elşad Eyvazlının verdiyi məlumata görə, artıq "Şirməmməd Hüseynov” mükafatının Əsasnaməsi də PJB İdarə Heyətinin qərarı ilə təsdiqlənib:
“Əsasnaməyə görə, mükafatın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.
“Şirməmməd Hüseynov” mükafatı fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafına töhfə vermiş, jurnalistikanın inkişafı sahəsində yüksək xidmətləri olmuş, eləcə də jurnalistika sahəsinin zənginləşdirilməsi və inkişafına xidmət edən, jurnalistikanın tədrisi sahəsində qazandıqları mühüm nailiyyətlərə görə fərqlənən şəxslərə veriləcək. Azərbaycanla bağlı xarici mediada çıxış edən əcnəbi vətəndaşlar və fəaliyyətində peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlər də namizəd ola bilərlər”.
E.Eyvazlı bildirib ki, “Şirməmməd Hüseynov” mükafatına namizədlərin müəyyən edilməsi məqsədilə PJB İdarə Heyətinin qərarı ilə 5 nəfərdən ibarət Ekspert Komissiyası yaradılıb:
“Komissyiyanın sədri tanınmış jurnalist Elşad Paşasoydur”.
Seçim qaydasına gəlincə, sədr bildirib ki, Ekspert Komissiyası gizli səsvermə yolu ilə namizədliyi irəli sürülmüş şəxslər sırasından mükafata layiq namizədləri seçib PJB İdarə Heyətinə təqdim edəcək:
PJB İdarə Heyəti üzvlər arasında keçirilən sorğu vasitəsilə qalibi müəyyən ediləcək. Mükafat və onun diplomu hər il 22 iyul Milli Mətbuat Günü ərəfəsində təntənəli surətdə təqdim olunacaq. Bir şəxs yalnız bir dəfə bu mükafatla təltif edilə bilər. Mükafat vəfat etmiş şəxslərə verilmir.
“Şirməmməd Hüseynov” mükafatı qiymətli metaldan hazırlanmış medaldan ibarətdir. Medalın bir üzündə Şirməmməd Hüseynovun şəkli, digər üzündə isə Parlament Jurnalistləri Birliyinin (PJB) loqosu təsvir olunur”.
Kənan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət