Sosial mediada gerçəkdən uzaq foto və videolar yayılır
Yusif Nəzərli
05:10 15.03.2022
Media
690
Baş Prokurorluq və Müdafiə Nazirliyinin müraciətinə ikinci fikir ola bilməz
Hər kəs dövlətin təhlükəsizliyi məsələsində daha diqqətli və həssas olmalıdır
Baş Prokurorluq və Müdafiə Nazirliyi media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Qeyd olunub ki, son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video, fotolar və digər informasiyalar yayılır. Vurğulanıb ki, bu tərz uydurma xəbərlər ictimaiyyətdə yanlış rəyin formalaşmasına, eyni zamanda hərbi və dövlət sirlərinin yayılmasına səbəb olur.
Baş Prokurorluq diqqətə çatdırıb ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcək: “Süni ajiotaj yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının, foto və videogörüntülərin yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur”.
Qurumlar sosial şəbəkə istifadəçilərini bu cür təxribatlara uymamağa, həmçinin rəsmi təsdiqini tapmayan məlumatları yaymamağa çağırıb.
Müvafiq qurumların xəbərdarlığı ilə bağlı “Şərq”ə danışan tanınmış jurnalist, media eksperti, professor Qulu Məhərrəmli bunun çox ciddi və birbaşa dövlətin, ölkənin təhlükəsizliyi ilə bağlı olduğunu deyib. Professorun sözlərinə görə, bu məsələyə yanaşmada ikinci fikir yoxdur:
“Sosial mediada bəzən əyləncə, maraq və fərqlənmə xatirinə yalan, gerçəyi əks etdirməyən məlumatlar, yaxud keçmiş dövrə aid foto və videolar paylaşılır. Vətəndaşlarımız belə məqamlarda çox diqqətli olmalıdır.
Peşəkar media orqanları isə sosial şəbəkələrdəki dəqiq olmayan məlumatlara, foto və videolara istinad etməməlidir.
Sosial şəbəkə mötəbər mənbə deyil və orada yayılan xəbərlər çox vaxt həqiqəti əks etdirmir. Əksər hallarda manipulyativ, sensasiya xatirinə yerləşdirilmiş materiallar olur. Bu məsələ ənənəvi mediadan peşəkar yanaşma tələb edir.
Baş Prokurorluğun və Müdafiə Nazirliyinin müraciətinin söz, mətbuat azadlığı, jurnalistin sərbəst fəaliyyəti ilə bağlı heç bir əlaqəsi yoxdur. Burada söhbət birbaşa milli təhlükəsizlikdən gedir.
Bütün media qurumları, hər bir vətəndaşımız bunu nəzərə almalı, maksimum diqqətli və həssas olmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur