Tanınmış jurnalist Hidayət Elvüsal dünyasını dəyişib
Yusif Nəzərli
00:26 08.09.2024
Media
1062
Bu gün tanınmış jurnalist Hidayət Elvüsal dünyasını dəyişib. Sherg.az xəbər verir ki, bu haqda məlumatı oğlu Samir verib.
Allah rəhmət eləsin!
1949-cu il iyun ayınınn 25-də Kəlbəcər rayonunda dünyaya göz açan Hidayət Elvüsal zaman-zaman bir sıra mətbu orqanlarda fəaliyyət göstərib. Kəlbəcərdə çıxan “Yenilik” rayon qəzetində, yerli radio verilişləri redaksiyasında çalışmaqla bərabər, Azərbaycan Dövlət Radiosu ilə əməkdaşlıq edib. Daha sonra «Azərbaycan gəncləri», «Kommunist» (indiki «Xalq qəzeti») qəzetlərində işləyib. «Səhər» qəzetinin yaradıcılarından biri kimi, baş redaktorun müavini, «Belə-belə işlər», «Kriminal» qəzetlərinin baş redaktoru olub. Dövri mətbuatda oçerkləri, müsahibə və reportajları, hekayə və povestləri ilə çıxış edib. «Belə-belə işlər» rubrikası ilə dərc etdirdiyi saysız-hesabsız yazıları ilə populyarlaşan Hidayət Elvüsal eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstəkar kimi də tanınır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
18:59 23.06.2026
Siyasət
Azərbaycan və Türkmənistan strateji ittifaq qurur - TƏHLİL
18:52 23.06.2026
Siyasət
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
18:45 23.06.2026
Region
Tramp artıq Putinə inanmır, Zelenskiyə çağırış etdi - KİV
18:38 23.06.2026
Dünya