
Türkiyədən baxırlar: Telekanallar verlişlərin standartlarına diqqət yetirsinlər-Qulu Məhərrəmli
11:06 29.11.2023
Media
939
Üç Azərbaycan telekanalı Türkiyədə 40 ən populyar kanal siyahısına daxil olub.
Trend xəbər verir ki, oktyabrın sonuna olan məlumatlarda Türkiyə izləyicilərinin izlədiyi ən populyar kanallar arasında Azərbaycanın "Xəzər TV", "AzTV" və "ARB TV" telekanalları da yer alıb.
Onlar müvafiq olaraq 21, 28 və 33-cü yerləri tutub.
Reytinqin liderləri Türkiyənin "Show TV", "Kanal D" və "TRT 1" kanalları olub. Reytinqin tam siyahısı ilə aşağıdakı ekran görüntüsündən ("skrinşot") tanış olmaq mümkündür:
Məsələyə münasibət bildirən tanınmış teletənqidçi, BDU-nun "Multimedia və elektron kommunikasiya” kafedrasının rəhbəri Qulu Məhərrəmli “Sherg.az” a bildirib ki, Türkiyədəki populyar telekanalların siyahısının içərisində Azərbaycan televiziyalarının olması təəccüblü deyil:

“Ona görə ki, Türkiyədəki otellərin əksəriyyətində və evlərdə kanallarımıza baxanlar var. Bu o demək deyil ki,ən populyar baxılan kanallardı.Hər halda baxış sayı az deyil. Bu da sevindirici bir vəziyyətdir. Bizim telekanalların əksəriyyəti Türkiyə ilə müqayisədə rəqabətə girəcək gücdə deyil. Bununla yanaşı siyahıdakı 40 kanaldan fərqi olan televiziya verlişlərimiz var. Bu həm də müəyyən məsuliyyət yaradır. Bu telekanallar verlişlərin standartlarına diqqət yetirsinlər. Çünki sözügedən kanallara təkcə ölkəmizdə deyil, Türkiyədə də maraq var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual