Yazıçı və telejurnalistdən SƏRT TƏNQİD! - “...aşağı səviyyəli aparıcılar görürük”
Yusif Nəzərli
15:42 29.03.2022
Media
851
Kənan Hacı:“Dili bilmirsə, bunun efirdə nə işi var?”
Qulu Məhərrəmli:“Televiziya bizim ruhumuzun ərazisidir. Televiziya “vitrin”dir, ora ən yaxşıları qoyurlar. Bizdə isə bəzən əksinə olur”
Teleaparıcıların ekranda olduğu kimi, sosial şəbəkələrdə də özünə xas izləyici kütləsi var. Bəzən həmin jurnalistlərin paylaşımlarında etdiyi qrammatik səhvlər diqqətləri çəkir. Yazar Kənan Hacı da öz sosial media hesabında bu mövzuya toxunub. O, teleaparıcıların dili təhrif etməsindən şikayətlənib:
“Televiziya aparıcıları görəsən, niyə dilimizi təhrif edə-edə danışırlar? Statuslarına baxırsan, adam dəhşətə gəlir. Bunlara orta məktəbdə Azərbaycan dili dərsini niyə keçməyiblər?! Dili bilmirsə, bunun efirdə nə işi var? Telekanallarda bu sahəyə niyə nəzarət olunmur?”
Ana dilimizdən düzgün istifadə etməyən jurnalistlərə münasibət bildirən media eksperti, professor Qulu Məhərrəmli “Sherg.az”a açıqlaması zamanı qeyd edib ki, bu gün televiziya ana dilinin nitq mədəniyyətinin təbliğatçılarından biridir:
“Verilişlərin dili, orada çıxış edən ziyalıların danışığı, əlbəttə ki, nümunə sayılır. Çox təəssüf ki, televizya həmişə bu funksiyanı yerinə yetirə bilmir. Bəzən materialların redaktəsində, aparıcıların danışığında həddindən artıq qüsurlar olur. Bu barədə dəfələrlə monitorinq aparılıb. Sonuncu dəfə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi bu barədə tədqiqat ortaya qoyub. Bunlar real faktlardır”.
Professor bu kimi halların baş vermə səbəbindən danışıb:
“Televiziya aparıcılarının statusları, danışığı, yaxud onların müsahibələrdə yol verdiyi nöqsanları nədən qaynaqlanır? Mənə elə gəlir ki, biz aparıcılara xüsusi tələblə yanaşmırıq.
Söhbət televiziya rəhbərlərindən, veriliş prodüserlərindən gedir. Bəzən aparıcıları çox subyektiv parametrlərə görə seçirlər. Nəticədə də biz gözümüzün önündə bir televiziyanı təmsil edən aşağı səviyyəli aparıcılar görürük”.
Q.Məhərrəmli sözügedən halları tənzimləmək üçün yollar göstərib:
“Ən yaxşı çıxış yolu təbii ki, tələbkarlığı artırmaqdır. Layiq olanları seçib, kamera qarşısında oturtmaq lazımdır. Belə olmasa, əlbəttə ki, özfəaliyyətlə məşğul olacağıq.
Yəni, elə şeylər var ki, orada dəyərlər və kriteriyalar mütləq gözlənilməlidir. Çünki televiziya bizim ruhumuzun ərazisidir. Televiziya “vitrin”dir, ora ən yaxşıları qoyurlar. Bizdə isə bəzən əksinə olur.
Ona görə də məncə təkcə aparıcılara yox, redaktorlara, rejisorlara və digər yaradıcı insanlara da tələbkarlığı artırmaq lazımdır ki, onlar normal veriliş hazırlamaqla yanaşı , həm də Azərbaycan dilinin fəal və nümunəvi təbliğatçıları olsunlar. Belə olmasa, biz hə zaman nöqsanlardan şikayətçi qalacayıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur
“Tesla” ucuz elektrik avtomobili hazırlayır
12:25 10.04.2026
Dünya
Erməni nümayəndə heyəti Azərbaycana gəldi - FOTO
12:25 10.04.2026
Gündəm
Kerri: Buş, Obama və Bayden İranla müharibədən imtina etmişdi
11:40 10.04.2026
Gündəm