Deputat SƏRT DANIŞDI: « Mən belə deməmişdim axı» - CƏSARƏTLİ MÜSAHİBƏ

"Təklif etmişdim ki, sosial evlər 300-400 manat maaş alan insanlar üçün  nəzərdə tutulmalıdır"

«Müştərisinə bu qədər nifrət edən bank sistemi dünyanın heç bir ölkəsində yoxdur. Bu, soyğunçuluqdur»  

«Ən pessimist varianta görə neftin qiyməti 50-55 dolların ətrafında olacaq. Bir müddətdən sonra yenə 60 dolları ötməsi proqnozlaşdırılır»

«Neftin qiyməti 40 dollardan aşağı olarsa və proses uzun müddət davam edərsə,  bu, Azərbaycan manatına təsir göstərəcək»


Millət vəkili, iqtisadiyyat elmləri namizədi Əli Məsimli “Şərq”ə müsahibə verib. Parlament üzvü ilə ölkədə aparılan kadr və struktur islahtaları,  Avropa Şurasının Azərbaycan əleyhinə qərəzli bəyanatları ətrafında müzakirə apardıq. Bundan başqa, onunla Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Minsk qrupunun fəaliyyətsizliyindən danışdıq. Həmçinin parlament üzvü ilə bankların  kredit faizlərini yüksək qoyması, sosial evlərlə bağlı problemlər və s. məsələlər ətrafında müzakirə apardıq.

Söhbəti təqdim edirik. 

-Hazırda ölkəmizdə aparılan kadr və struktur islahatları davam edir. İslahatları zəruri edən amillər hansılardı?
 
-Azərbaycan öz inkşafının yeni mərhələsinə daxil olur. Həmin mərhələ neft amilinin dominant rol oynadığı bir iqtisadi modeldən insan amilinin önə çıxmağa başladığı innovasiya modelinə keçiddən ibarətdir. İndiki şərtlər cəmiyyət həyatının bütün sahələrində sistemli və davamlı islahatların aparılmasını tələb edir. Bu nöqteyi- nəzərdən hakimiyyətin hər 3 qolunda- icraedici, qanunverici və məhkəmə hakimiyyəti- islahatların aparılması olduqca labüddür. İcraedici hakimiyyətdə struktur və kadr islahatları gedir. Məhkəmə hakimiyyətində də  bir sıra,  hüquqi normativ aktlara dəyişikliklər edilib.  Bir müddətdən sonra görəcəyik ki, məhkəmə-hüquq sistemində də  islahatalar sürətlənib. Qanunverici hakimiyyət,olan Milli Məclisə növbədənkənar parlament seçkilərinin keçirilməsi də məntiqlə yanaşanda islahatların mühüm tərkib hissəsidir. Bir müddətdən sonra görəcəksiniz ki, Milli Məclisin aparatında kifayət qədər dəyişiklər olacaq. Seçki prosesi ilə bağlı aparılan təbliğat-təşviqat kampaniyasındakı aktivliyi özünüz görürsünüz. Bu aktivlik seçki prosesinin xeyrinədir. Bu proseslər onu göstərir ki, müasir çağırışlara cavab verən, ölkədə gerçəkləşən islahatların məntiqinə adekvat sürətdə  fəaliyyət göstərə bilən yeni bir parlament olacaq.

-İslahatların uğurla nəticələnəcəyini iddia etmək olarmı? 

-Bu barədə müxtəlif fikirlər var. Düşünürəm ki, islahatların uğurla nəticələnməsi üçün çox şərtlər tələb olunsa da, amma konkret dörd şərt var. Birinci şərt siyasi iradədir. Azərbaycanda islahatların alternativi yoxdur. Bu, təkcə sözdə yox, əmələ də olmalıdır.  Xüsusən də, “Dördüncü regional inkişaf proqramı”nı istənilən analitik analiz etsə, görəcək ki, bu islahatların alternativi yoxdur. Azərbaycan prezidenti bu istiqamətdə ciddi addımlar atır və atmaqda da davam edir. İkinci şərt yaxşı nəticə verə biləcək, islahatları təmin edə biləcək proqramların olmasıdır. 11 istiqamət üzrə proqramlar var ki, bunlar 2020-ci il və ondan sonrakı illəri əhatə edir. Bu proqram hazırlanır. Bir neçə il əvvəl “Azərbaycanın innovasiyalı inkişaf proqramı və yeni kurs” adlı proqram  hazırlamışıq. Onu Nazirlər Kabinetinə təqdim etmişik.  Bu kimi proqramlar mövcuddur. Baxın, dünyanın ən qabaqcıl tibbi aparatını ölkəyə gətirə bilərik. Amma onu işlədə bilən kadr yoxdursa, o aparat elə öz qabında qalacaq. Bu mənada 3-cü şərt odur ki, həmin proqramları həyata keçirməyə qadir olan, müasir təfəkkürə malik, dövlətçilik şüuru olan, dünyadakı çağırışlardan başı çıxan, operativ işləyən, oturduğu  kreslonun ona verdiyi konstitutsion hüquqları effektli işə istifadə etməklə proseslərə təsir göstərmə gücündə olan  komandanın formalaşması vacibdir. Güman edirəm ki,Prezident və Birinci vitse-prezidentin səyi nəticəsində həmin komanda formalaşır. Yeni komanda əvvəlki komandadan fərqli olmalıdır. Dinamizm olmalıdır. Bir deputat kimi deyə bilərəm ki, indi etdiyim müraciətlərə  əvvəllər etdiyim müraciətlərdən tez cavab verilir. Zaman nisbətində operativlik baxımından çox böyük fərq var və mən bunu görürəm. Bu da olduqca əhəmiyyətlidir. Dördüncü şərt isə, özündən əvvəlki 3 şərti tamamlamalıdır. Əgər xalq  islahatları lazımi qədər dəstəkləməsə, onun yüksək nəticəsi ola bilməz.  Amma ölkədə 4,2 milyon insanı əhatə edən  sosial paketin həyata keçirilməsi, mimumum əmək haqı və pensiyaların artırılması məsələləri var. Burada da iki məqamı qeyd etmək lazımdır. 

-Hansı məqamlardır? 

-Həmin sosial paketlərin həyata keçirilməsi üçün zəruri olan 2,3 milyard manatın 2 milyardı kölgə iqtisadiyyatından gələn vəsait hesabına təmin etmək olar. Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda qeyd olundu ki, təkcə bir ay ərzində kölgə iqtisadiyyatından  büdcəyə 160 milyon manat pul gəlib. Bunu 12 aya vurduqda isə 2 milyard manata yaxın vəsait edir. Proseslər bir az da təkan verilsə, bu iki milyard 2,3 dəfə arta bilər.  Bu reallıqlardan çıxış edərək deyirəm ki, artıq islahatlar özünün ilkin nəticələrini verməyə başlayıb. Hesab edirəm ki, islahatlar dərinləşəndən sonra proseslər dönməz xarakter alacaq, islahatlar əhalinin rifahının yaxşılaşmasına köməklik edəcək. 

-Növbədənkənar parlamnet seçkilərinə saatlar qalıb. Seçkiyə siz də qatılmısınız...   

-Siyasətə elmdən gəldiyimə görə, bütün prosesləri elm üzərindən aparmağa çalşıram. Açığını deyim seçki prosesi ilə bağlı sosioloji sorğular aparmışıq. Prosesləri izləmişik. Hansı problemlərin aktuallıq kəsb etdiyini öyrənmişik.. Seçicilərimlə danışan zaman onları mənə səs verməyə yox, islahatalara qoşulub, proseslərdə fəal iştirak etməyə dəvət edirəm. Ona görə ki, 4,2milyon  əhalini əhatə edən sosial paket nümunəsi onu göstərir ki, vətəndaşların proseslərdə  aktiv olmaları, öz həyat şəraitlərinin yaxşılaşdırılmasında iştirak etmələri deməkdir. Bu  isə elmi əsaslara yol olduğuna görə, uğurlu nəticələr verəcək. Elmə əsaslanmayan yol, qaranlığa, elmə əsaslanan yol nisə işıqlı gələcəyə aparır. Biz də insanları elmi cəhətdən əsaslanmış yola dəvət edirik. Artıq bu islahatlar yolu özünü göstərməyə başlayıb. Bu islahatlar icraedici,qanunverici və məhkəmə hakimiyyətinin qollarını daha geniş sürətlə əhatə etdikdə, bu, iqtisadiyyatımızın inkişaf tempinin artmasında önəmli rol oynayacaq. Bu templərin yüksəlməsi əhalinin güzəranının yaxşılaşmasına yola açacaq.  Eyni zamanda bu islahatlar nəticəsində büdcəyə daxil olan pullar son manatına qədər əhalinin sosial şəraitinin yaxşılaşmasına yönəlir. İnanırıq ki, bundan sonra da həmin vəsait həlli müşkül olan məsələlərin həllinə, əmək haqqı və pensiyaların artırılmasına yönələcək.  Aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi, yerlərdə  problemlərin həllinin sürətləndirlməsi istiqamətində daya faydalı addımlar atılacaq. Parlament seçkilərindən sonra iqtisadi islahatların genişlənməsi və dərinləşməsi yönündə ciddi addımların şahidi olacağıq. 

-Azərbaycanda baş tutan hər ciddi proses ərəfəsində Avropa Şurası ölkəmizə qarşı qərəz dolu bəyanatlar səsləndirir, sənədlər qəbul edir. Sizcə, səbəb nədir? 

-Bu məsələyə çox sakit tərzdə yanaşmaq lazımdır. Birincisi, Azərbaycanda hansısa ciddi proses zamanı Avropa strukturlarının Azərbaycan əleyhinə bəyanatları nə vaxt olmayıb ki? Həmişə Azərbaycanda reallaşan ciddi proseslər dönəmində Avropa Şurasının bu sayaq bəyanatları həmişə olub. İkincisi, həmin məsələlərdən qıcıqlanıb, cavab vermək əvəzinə islahatları dərinləşdirmək lazımdır. Həmin yersiz ittihamlara islahatların nəticələrini artırmaq, cəmiyyətin həyatında sistemli, demokratik islahatları aparmaqla cavab vermək gərəkir. İslahatların nəticələri göründükcə o cür bəyanatların sayı azalacaq, sonra isə  yox səviyyəsin düşəcək. Onun məzmununda Azərbaycanın xeyrinə olan məqamlar çox olacaq. 

- 2020-ci ili də düşmənin təxribatı ilə qarşıladıq. Yanvarın 7-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçimiz əsgər Fərzəliyev Fərzalı Əlimövsüm oğlu şəhid oldu. Düşmənin silahları susmur, biz isə Paşinyandan konstruktiv mövqe gözləyirik... 

-Nəzərə alsaq ki, Azərbaycan tərəfinin kifayət qədər sistemli işləməsi nəticəsində BMT-nin 4 qətnaməsi qarışıq Avropa strukturlarının hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Və birmənalı şəkildə işğlaçının Azərbaycan ərazilərindən çıxması məsələsini  qaldırırlar. Bu məsələ ilə bağlı Azərbaycan hökuməti enerji daşıyıcları xətti ilə də molsa, Avropaya birtərəfli inteqrasiyasını davam etdirməklə özünü yaxşı tərəfdaş kimi göstərib. Açıq formada bəyanatlar verilməlidir ki, Azərbaycan Avropanın enerji məsələlərinin təminatına töhfəsini verirsə, Avropa strukturları da Qarabağla bağlı BMT TŞ-nin imzaladığı 4 qətnaməyə hörmət etməlidir. İkili standartlardan kənarlaşmalıdır.

-Münaqişənin həllində vasitəçi olan Minsk qrupu da “dişsiz” qurum təsiri bağışlayır. Bu təşkilatdan müsbət bir addım gözləmək olarmı? 

-Xeyr. Minsk qrupu Qarabağ münaqişəsini  həll etməməkdən başqa  hər işlə məşğuldur. Onların fəalliyəti problemin həlli yox, həll edilməməsinə yönəlib. Onların təyinatı münaqişənin həllinə töhfə vermək olsa da, reallıqda əksini maşahidə edirik. Azərbayvan öz ərazilərini istənilən an azad etmək gücündə olan orduya malik olmalıdır. Azərbaycan ordusu qüdərətinə, gücünə və göstəriclərinə görə, dünya orduları sırasında ön sıralardadır. Azərbaycan ordusu Ermənistan ordusu ilə müqayisəolunmaz dərəcədə öndədir. Müasir texnika ilə təmin olunub. Bu da qarşı tərəfi narahat vəziyyətdə saxlayır. Hesab edirəm ki, ərazilərimizin işğaldan azad olunması məsələsində Azərbaycan iki istiqamət seçməlidir. Həm sülh danışıqlarını davam etdirməlidir, həm də lazımi anda hərbi təzyiqləri artırmalıdır. Düşmənə zərbə vurmalıdır. Aydın məsələdir ki, Ermənistanın arxasında bəlli qüvvələr durmasa, 24 saat ərzində  nəinki Qarabağ azad edərik, hətta Azərbaycan əsgərləri Sevanda əl-üzlərini də yuya bilərlər.  Amma işğalçının arxasında duran qüvvələr buna imkan vermir. Həmin qüvvələr status- kvonu qorumaqla Azərbaycan və Ermənistanı özündən asılı vəziyyətdə saxlamaq istəyir. Baxırlar ki, bir tərəf güclüdür, başlayırlar zəif olan tərəfə dəstək verməyə. bir az keçdikdən sonra digər tərəfin lehinə açıqlama verirlər. Yəni, manipulyasiya edirlər. Qarabağ faktoru hesabına Azərbaycan və Ermənistanı, xüsusən də, Azərbaycanı asılı vəziyyətdə saxlamağa çalışırlar. Amma dövr, zaman başqa istiqamətə gedir. Vəziyyət belə qalmayacaq. Azərbaycan danışıqlarla yanaşı, öz hərbi qüdərtini o səviyyəyə çatdırmaldır ki, məqam yetişəndə düşmənə güclü zərbə vura bilsin. Necə ki, aprel hadisələrində bunun şahidi olduq. Həmin istiqaməti daha da genişləndirib, ərzilərimizi azad edə bilərik. 

-Bir az da iqtisadi məsələdən danışaq. Banklarda kredit faizlərinin yüksək olması ilə bağlı da xeyli narazılıq var. Faiz dərəcələri niyə azalmır? 

-Seçicilərlə görüşlərdə, Milli Məclisdəki çıxışlarımda faiz dərəclərinin süni sürətə artırılmasından həmişə danışmışam. Qeyd etmişəm ki, faiz dərəclərini 28-30 faizə çatdırırlar. Ona görə də banklardan kredit alanlar pulu qaytara bilmir. Nəticədə banklar insanların daşınmaz əmlaklarını, maaşlarını əllərindən alırlar.  Onlara zamin duran insanların əmək haqlarını əllərindən alırlar. Pensiyaçıların pensiyasını götürürlər. Bu, soyğunçuluqdur. Müştərisinə bu qədər nifrət edən bank sistemi dünyanın heç bir ölkəsində yoxdur. Amma bu gün Azərbaycan bankları bu soyğunçuluğu həyata keçirir. Banklarda faizlərin aşağı salınması istiqamətində addımlar atılmalıdır. Banklart bunun obyektiv tərəflərini qeyd edirlər. Amma subyektiv tərəfləri obyektiv tərəfindən çoxdur. Azərbaycan bank sistemi neft bumu dövrünün fəlsəfəsi üzərində yaranıb. Neft bumu başa çatdıqdan sonra banklar ağır vəziyyətə düşdü. Hazırda müəyyən dərəcədə canlanma olsa da, bəzi banklar düşdükləri vəziyyətdən çıxa bilməyiblər. 

-Bəs banklar bu vəziyyətdən necə çıxa bilərlər? 

-Bunu  iki istiqamətdə həll etmək olar. Təkcə beynəlxalq bank yox, digər bankların da sağlamlaşdırılması istiqamətində sistemli addımlar atılmalıdır. İkincisi, Azərbaycana xarici bankları cəlb etməklə rəqabət şəraiti yaratmaq olar. Belə olan halda faiz  dərəcləri istər-istəməz aşağı salına bilər. Üstəgəl, hesab edirəm ki, maraqlı bir alternativ variant yaratmaq olar. Bir anlığa təsəvvür edin ki, yanacaqdoldurma məntəqələri sovet dövründən qalma mıəntəqlərdir. Bu qədər abadlaşamış ölkəyə o yaraşarmı? Əlbəttə, yox. Banklarla bağlı məsələ də belədir. Bu prosesi “Gələn il sağlamlaşdıracağıq”, növbəti il sağlamlaşdıracağıq”la  yox, real addımlarla həll etmək lazımdır. Ölkə başçısı qeyd edib ki, Neft Fonundan 2 milyard vəsaiti əlverişli şərtlərlə vətəndaşlara vermək olar. Doğrudan da ciddi nazərət mexanizmi yaradıb, həmin vəsaitlə orta və kiçib biznesi inkişaf etdirmək olar. Hesab edirəm ki, həmin vəsait hesabına Azərbaycanda “İnnovasion inkişaf bankı” yaratmaq lazımdır. Bundan başqa, kənd təsərrüfatını inkişaf etdirmək üçü “Aqrar sənaye bankı” yaratmaq olar. Deyim ki, müasir tələblərə cavab verən 3-4 bankı birləşirmək olar. Yerdə qalanlarını da təmərküzləşməlidir. Onları  ağır vəziyyətə salmaq olmaz. Maliyyə Bazarlarına Nəzarət Palatasının sabiq rəhbəri kimi  oyunbazlıq etmək olmaz. Bu yolla Azərbaycanda bank sistemini sağlamlaşdırılmasını xeyli  sürətləndirmək olar. 

-Son günlər neftin ucuzlaşacağına dair proqnozlar verilir. “Qara qızıl”hansı həddə qədər ucuzlaşa bilər?

 -Bir neçə ildir ki, iqtisadi  məsələlərin özü də siyasiləşib. Dünya  bazarında neftin qiymətində siyasi proseslərin təsiri və bazardakı iştirakçıların maxinasiyaları rol oynayır. Dünyada ən çətin məsələ neftin qiymətinin proqnozlaşdırılmasıdır. 2020-2021- ci illə bağlı verilən proqnozlara görə, ola bilər ki, son zamanlar gedən siyasi kataklizmlər, ticarət müharibəsi, Çindəki epidemiya neftin  qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Amma ən pessimist varianta görə qiymətlər 50-55 dolların ətrafında olacaq. Bir müddətdən sonra yenə 60 dolları ötməsi proqnozlaşdırılır.  Neftin qiymətinin 1 dollar aşağı düşməsi Azərbaycan büdcəsinə təsir göstərə bilər. Amma bu təsir 2 faizdən çox  ola bilməz. Ödəniş balansı  kontekstində yanaşanda neftin  qiyməti 40 dollar və ondan aşağı düşsə, onda ödəniş balansı müsbətdən mənfiyə doğru gedəcək. Neftin qiymətinin uzun müddət 40 dollar və ondan aşağı həddə qalarsa, bunun büdcəyə təsiri ola bilər. amma qeyd edim ki, Azərbaycanda neftdən kənar sahələr də inkişaf edir. Amma Neftdən asılılıq lazım olandan çoxdur. 

-Azərbaycan neftinin ucuzlaşmasının manata təsiri olacaqmı və manat hansı həddə qədər ucuzlaşa bilər?  

-Neftin qiymətinin 40 dollardan aşağı olarsa, bu proses uzun müddət davam edərsə,  bu,Azərbaycan manatına təsir göstərəcək.  Neftin qiyməti Rusiya rubluna təsir göstərək. Türkiyənin milli valyutasına da təsiri olacaq. Azərbaycanın ticarət etdiyi ölkələrin valyutasının  ucuzlaşması da manata təzyiqi gücləndirə bilər. bütün bunların fonunda hesab edirəm ki, manatın məzənnəsi 1 dollar,1,7 manat ətrafında  manevr edəcək. 

-Sosial və kirayə evlərlə bağlı da ciddi narazılılar var. Bu məsələ də öz sosial əhəmiyyətini itirirərək biznes mənbəyinə çevrilib.  Sosial evlərdən mənzil alanların  həmin evləri kirayəyə verməsinə dair çoxsaylı faktlar var. Bu layihənin  fiaskoya uğradığı iddia olunur… 

-Yəqin, mənimlə razılaşarsınız ki sosial evlər məsələsini ilk olaraq qaldırıb, ictimailəşdirənlərdən biri də mənəm. Məsələni qaldıranda mən belə deməmişdim axı.  Təklif etmişdim ki, sosial evlər məsələsi ilə bağlı dünyada sınaqdan çıxmış, özünü doğrultmuş modelləri əsas götürmək lazımdır. 
Həmin modelləri Azərbaycan reallıqlarına uyğun tətbiq etmək lazımdır. Çünki Azərbaycanda əhalinin xeyli hissə 250-400 manat arası əmək haqqı alır. Baxmayaraq ki, bizdə orta aylıq əmək haqqı 600 manatdan yuxarı götürülür. Amma büdcə təşkilatlarında əmək haqları 300-400 manatdır. Sosial evlər də 300-400 manat maaş alan insanlar üçün  nəzərdə tutulmalıdır. Məhz həmin insanların mənzil şəraitləri yaxşılaşdırılmalıdır. Bura Azərbaycandır. İstənilən mütərəqqi layihəni əlinə keçirən acgöz məmurlar hələ də var. Bu proseslərdə şəffaflıq nəzərə alınmadı, məmurlar bundan istifadə edərək manipuliyasiya etdilər. Bunun  qarşısını almağın yolları var. Birincisi, beynəlxalq modelə keçmək lazımdır. Yəni, beynəlxalq praktikadakı ən yaxşı modeli götürmək gərəkir. Bu iş təmiz əllərə həvalə olunmalıdır. Belə olarsa, indiki modelin adı sosial evlər olsa da, bu, kiçik bir qrupun süni sürətdə kommersiya modelinə çevrilib. Bu əcaib modeldən beynəlxalq təcrübədə özünü doğrutlmuş modelə keçmək lazımdır.