Jurnalist Hakan Tosun döyülərək öldürülüb
11:59 14.10.2025
Hadisə
380
İki şübhəli həbs olunub
Ətraf mühitlə bağlı reportajları ilə tanınan jurnalist Hakan Tosun İstanbulun Esenyurt rayonunda evinə gedərkən hücuma məruz qalıb. Sherg.az xəbər verir ki, ağır xəsarətlər alan Tosunun beyin ölümü qeydə alınıb.
Hakan Tosunun bacısı Öznur Tosun deyib:
“Qardaşım vətəni, xalqı, torpağı üçün mübarizə aparan, çox təmiz bir insan idi. Qarışqaya belə zərər verməzdi, heç bir cinayət qeydi yox idi, tərtəmiz idi.”
50 yaşlı müstəqil jurnalist Hakan Tosun cümə gecəsi Mehmet Akif məhəlləsində 112 təcili yardım qrupları tərəfindən huşsuz vəziyyətdə tapılıb.
Həyati funksiyalarının demək olar ki, olmadığı müəyyən edilən Tosun xəstəxanaya aparılıb.
Üzərindən şəxsiyyət vəsiqəsi çıxmadığı üçün kimliyi müəyyən edilməyən Tosunun ailəsi itkin müraciəti etdikdən sonra onun Başakşehir Çam və Sakura Şəhər xəstəxanasının reanimasiya şöbəsində olduğu məlum olub. Jurnalist Fatoş Erdoğan, Tosunun yaxınlarının xəstəxana qarşısında keçirdiyi gərgin gözləməni lentə alıb.
Hakan Tosunun dostu Aslı Kahraman Eren bildirib:
“Hakan Tosun Esenyurtda Mehter küçəsində gedərkən yaxınlaşan avtomobildən enən bir neçə nəfərin hücumuna məruz qalıb və aldığı zərbələr nəticəsində ağır yaralanıb.”
Hücumdan sonra 18 və 24 yaşlarında olan iki nəfər “qəsdən yaralama” ittihamı ilə həbs edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual