TIME jurnalı Trampı qəzəbləndirdi: “Tarixin ən pis jurnalı qapağı ola bilər!”
12:18 14.10.2025
Dünya
363
Yaxın Şərq turunu tamamlayaraq ABŞ-yə qayıdan Donald Tramp, “Time” jurnalının onu əks etdirən yeni buraxılışından narazılığını gizlətməyib.
Sherg.az xəbər verir ki, jurnalın üz qabığında “Yaxın Şərqdə Qələbə” başlığı ilə yer alan Trampın fotosunda, onun saçının görünməməsi və başının üstündə “kiçik tacı xatırladan qəribə bir obyektin” yerləşməsi diqqət çəkib.
Tramp öz sosial media platforması “Truth Social”-da paylaşım edərək bunları yazıb:
“Həqiqətən qəribə! Altdan çəkilən fotoları heç vaxt sevməmişəm, amma bu şəkil inanılmaz dərəcədə pisdir. Nə edirlər, niyə edirlər, anlamıram.”
Tramp əlavə edib:
“Bəlkə də bütün dövrlərin ən pis qapağı budur.”
Buna baxmayaraq, o, “Time” jurnalındakı məqalənin “nisbətən müsbət” yazıldığını etiraf edib.
Jurnalın mübahisəli sayında Tramp administrasiyasının Qəzzada atəşkəsi necə təmin etdiyi izah olunur. Yazıda bu razılaşmanın “Trampın ikinci prezidentlik dövrünün əsas uğuru” ola biləcəyi qeyd edilib.
“Time” jurnalının qapağı Trampın İsrailə səfər etdiyi gün yayımlanıb.
Tramp burada azad edilən israilli girovların ailələri ilə görüşüb, Knessetdə (İsrail Parlamenti) çıxış etdikdən sonra Şarm əl-Şeyxə keçib.
Misirdə keçirilən sammitdə məqsəd Qəzzədə daimi atəşkəsin dəstəklənməsi, müharibənin dayandırılması və Fələstin torpaqlarının yenidən qurulması üçün uzunmüddətli idarəetmə planının hazırlanması olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm
Bakıda Dövlət Bayrağı Günü ilə bağlı hərbi yürüş keçirilir
11:23 09.11.2026
Aktual