AZCON-un Nizamnaməsi təsdiq edilib
12:50 15.01.2025
Ölkə
582
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin nizamnaməsi təsdiq edilib.
Sherg.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” (AZCON) idarəetməsinə verilmiş dövlət müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin vahid prinsiplərə uyğun idarə olunması, işinin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının yaxşılaşdırılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. AZCON Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, dövlət müəssisələrinin yeganə iştirakçısıdır (payçısıdır, səhmdarıdır) və dövlət adından çıxış edir.
AZCON-un fəaliyyət istiqamətləri aşağıdakılardır:
- müvafiq sahənin inkişafını təmin etmək;
- müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, həmin siyasətin həyata keçirilməsini təmin etmək;
- müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- dövlət müəssisələrində korporativ idarəetməni təşkil etmək;
- dövlət müəssisələrinin maliyyə sağlamlığını və dayanıqlılığını yaxşılaşdırmaq;
- AZCON-un strateji məqsədlərinə nail olmaq üçün dövlət müəssisələri arasında maliyyə, insan və əməliyyat resurslarının səmərəli idarə olunması üçün tədbirlər görmək;
- dövlət müəssisələrinin fəaliyyət göstərdiyi xidmət bazarlarına investisiyaları cəlb etmək, ölkə iqtisadiyyatının inkişafı ilə bağlı müvafiq dövlət proqramlarına və digər normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görmək, dövlət proqramlarının həyata keçirilməsində iştirak etmək, habelə milli və ya beynəlxalq səviyyədə sahəvi və ya sahələrarası investisiya fəaliyyətini həyata keçirmək;
- dövlət müəssisələrinin fəaliyyətinin səmərəliliyini qiymətləndirmək;
- dövlət müəssisələrinin xərclərinin optimallaşdırılması və maliyyə şəffaflığının təmin edilməsi ilə bağlı tədbirlər görmək;
- dövlət müəssisələrinin gəlirliliyini, bazar dəyərini və rəqabət qabiliyyətini artırmaq;
- dövlət müəssisələrində innovasiya proseslərinin və müasir texnologiyaların tətbiqini sürətləndirmək;
- dövlət müəssisələrinin fəaliyyətini əlaqələndirmək və davamlı inkişafını təşviq etmək;
- dövlət müəssisələrinin infrastrukturunu müasirləşdirmək və inkişaf etdirmək;
- dövlət müəssisələrində məlumat əsaslı qərar qəbulu sistemini formalaşdırılmaq;
- nəqliyyatın idarə edilməsi sistemində “ağıllı” texnologiyaları tətbiq etmək, ictimai nəqliyyat xidmətlərini optimallaşdırmaq və keyfiyyətini artırmaq;
- ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəni təşviq etmək;
- kosmik tədqiqatları, peyk xidmətlərini və milli kosmik proqramları inkişaf etdirmək, kosmik texnologiyaları genişləndirmək;
- xarici nəqliyyat və kommunikasiya şəbəkələrinə inteqrasiyanı dəstəkləmək;
- bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.
AZCON-un idarəetmə orqanları Müşahidə Şurası və icraçı direktordur. AZCON-un Müşahidə Şurası (bundan sonra – Şura) AZCON-a ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarətdir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.
AZCON-un fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən icraçı direktor həyata keçirir. İcraçı direktorun dörd müavini vardır. İcraçı direktorun müavinlərini Şura vəzifəyə təyin və vəzifədən azad edir. İcraçı direktorun müavinləri icraçı direktor tərəfindən onlara həvalə edilmiş vəzifələri yerinə yetirirlər.
AZCON-un nizamnamə fondu 10 milyon manatdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya