Folklor kollektivləri üçün geyimlər hazırlanır

“AZƏRİ” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Folklorumuzu qoruyaq – Tat folklor kollektivlərinə dəstək” layihəsinin icrası çərçivəsində Şabran rayonu “Xınayaxdı Tat Folklor Xalq Kollektivi” və İsmayıllı rayonu “Lahıc Xalq Folklor Qruppu” üçün geyim dəstlərini hazırlamaq məqsədilə, lazım olan materialların alınması və geyimlərin hazırlanması üçün “Xoşbəxt-X” kiçik müəssisəsinin hesabına ilkin olaraq vəsait keçirilib.

“Xoşbəxt-X” kiçik müəssisəsinin diektoru Ruqiyə xanımla telefon əlaqəsi zamanı, geyimlər üçün lazım olan materialların alındığını və biçmə-tikmə işlərinə başladıqlarını bildiriblər. Bütün bunlarla bərabər kollektivinin sifarişləri əsasında geyimlərin müəssisədə hazırlanma gedişini izləmək və hazırlıq prosesinin hansı səviyyədə olduğunu şahidi olmaq üçün, müssisənin direktoru Ruqiyyə xanım bizə bir neçə kiçik həcmli videogörüntülər təqdim etmiş və biz bütün bunları sizinlə bölüşürük.