Rieltorlar Assosiasiyası idarə heyətini toplamağa hazırlaşır

Azərbaycan Rieltorlar Assosiasiyası İctimai Birliyi idarə Heyətinin növbəti yığıncağınin keçirilməsi haqqında çağırış elan edib. 

Yığıncaqda İctimai Birliyə yeni üzvlərin qəbul, prespektiv layihələr haqqında müzakirələr olması haqqında bildirilib. 

Qeyd edək ki, Azərbaycan Rieltorlar Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir.

Assosiasiya ölkədə daşınmaz əmlak sektorunun inkişafı ilə bağlı çıxış edir, eyni zamanda əmlak sahəsində broker xidmətləri göstərən fiziki, hüquqi şəxslərin fəaliyyət mexanizminin tənzimlənməsi və leqallaşdırılması istiqamətində fəaliyyət göstərir.

Azərbaycan Rieltorlar Assosiasiyasının nizamnaməsinə əsasən İctimai Birliyin idarəetmə orqanı onun idarə heyyətidir. 

İdarə Heyyəti 2012-ci ildən etibarən 9 nəfərdən ibarətdir:

1.Vəfadar Axundov 

2.Nüsrət İbrahimov 

3.Rəna Axundova 

4.Elnur Azadov 

5.Ceyhun Şıxəliyev 

6.Dövlət Nəcəfzadə 

7.Elman Hətəmov 

8.Vüqar Tağıyev 

9.Emil Cəfərov

Rieltorlar Assosiasiyasının idarə heyətinin çağırış ünvani Bakı şəhəri, Badamdar qəsəbəsi, Badamdar şossesi 27-dir.