“Qarabağın işğaldan azad edilməsi ilə əldə olunan tarixi fürsətin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması ilə nəticələnməsini arzu edirik”.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən 15-ci Səfirlər Konfransında çıxışı zamanı bildirib.
O, həmçinin, Türkiyənin digər regional proseslərə müsbət təsir göstərməyə davam edəcəyini vurğulayıb.