"Bu günə qədər Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpası üçün 22 milyard manata yaxın vəsait xərcləyib".
"Sherg.az"ın xəbərinə görə, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.
Deputat qeyd edib ki, hazırda işğaldan azad edilən ərazilərdə 62 mindən çox insan yaşayır:
"Laçında isə 5 mindən çox sakinimiz var. Müqayisə üçün deyim ki, 22 milyard manat vəsait Ermənistan dövlət büdcəsinin gəlirlərindən 2 dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan dövləti həmin ərazilərin bərpası və inteqrasiyası üçün kifayət qədər böyük işlər görür".