Gəncədən Xankəndi və Şuşa şəhərlərinə yeni reyslər açılır.
Bu barədə Teleqraf.com - un yerli bürosuna Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Gəncə Regional İdarəsindən məlumat verilib. Məlumata əsasən, Gəncə şəhərindən Xankəndi və Şuşaya müntəzəm olaraq sərnişin daşınması üçün müsabiqə elan olunub.
"Sərnişin daşınmasi üçün elan edilən tenderin qalibi ilə AYNA arasında müqavilə bağlanılacaq və qrafiklər müəyyən ediləcək. Böyük ehtimalla yanvar ayından etibarən Gəncə və ətraf rayonların sakinləri Xankəndi və Şuşa şəhərlərinə avtobuslar vasitəsi ilə gedə biləcəklər" - deyə məlumatda bildirilib.
Qeyd edək ki, hazırda Gəncə şəhərindən işğaldan azad olunan şəhər və rayonlarımıza avtobus reysləri mövcud deyil.