Ağalıya köç başladı! – “Bu günü ikinci “Zəfər günü” adlandırırlar”
Yusif Nəzərli
13:58 19.07.2022
Qarabağ
595
Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. Uzun və həsrət dolu illərdən sonra Ağalı sakinlərinin geri qayıtması hər kəsdə sevinc, fərəh və ən əsası qürur hissi yaradıb. İllərdir doğma yurd-yuvalarından ayrı düşmüş sakinlərin sevinci gözlərindən oxunub.
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülüməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirilib. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salınıb.
Ağalı kənd sakinlərinin öz yurdlarına qayıdışını “Sherg.az”a şərh edən Elşad Eyvazlı bildirib ki, bu gün 44 günlük zəfərimizin hər tərəfli nəticələrini yaşayırıq:
“Hətta bu günü ikinci Zəfər günü belə adlandırırlar. Doğru da deyirlər. Artıq bununla da bizim “Böyük Qayıdış”ın başlanğıcı qoyuldu. Hesab edirəm ki, artıq digər keçmiş məcburi köçkünlər də bu xəbərdən sonra öz yurdlarına qayıtmağa səbirsizlənəcək. Birmənalı şəkildə bütün bunlar Azərbaycanın möhtəşəm qələbəsinin nəticəsi kimi dəyərləndirilməlidir. Hətta deyərdim ki, Ağalı kəndinin sakinləri çox xoşbəxtdirlər ki, ilk olaraq onlar geri dönürlər. Bununla tarix yenidən yazılır.
Mən həm sakinləri, həm də bütün Azərbaycan xalqını təbrik edirəm. Artıq bizim geriyə dönüşümüz başladı. Düşünürəm ki, bu davamlı olacaq. Çünki erməni işğalından azad olunan bütün bölgələrimizdə quruculuq və bərpa işləri gedir. Gözümüzü yumub-açacayıq ki, bütün azad olunmuş rayonların sakinləri öz ev-eşiklərindədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi