
Ağalıya qayıdış...
Yusif Nəzərli
15:05 18.07.2022
Qarabağ
860
“Yaxın zamanlarda digər şəhərlərimizə, kəndlərimizə də dönəcəyik”
Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəşadətli ordumuzun məharəti nəticəsində 30 ilə yaxın erməni işğalına məruz qalan torpaqlarımız erməni tapdağından azad olundu. Dövlətimiz silahlı qüvvələrimizin igidliyi, qəhrəman oğullarımızın dişi, dırnağı ilə qazandığı ərazilərdə öz iqtisadi gücünə bərpa-quruculuq işlərini sürətlə davam etdirir. Gündən-günə abadlaşdırılan torpaqlarımızdan biri də Zəngilan rayonunun Ağalı kəndidir. Mayın 27-də orada “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.
Ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mərasimdə iştirak ediblər. Bu açılış mərasimi ilə "Böyük qayıdış" prosesinə start verilib. Orada 200 evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb. Kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq. Ağalı kəndinə ilk köçün 19 iyul baş tutacaq. 30 illik həsrətdən sonra 10 ailənin işöaldan azad olunmuş ərazimizə qayıtması qürurverici hadisədir.

Millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, 30 illik işğaldan sonra qısa müddət ərzində böyük bir kəndin yenidən, "Ağıllı kənd" standartları səviyyəsində tikilib, istifadəyə verilməsi və oraya əhalinin qayıdışının təmin olunması ölkə prezidenti Cənab İlham Əliyevin apardığı çox uğurlu siyasətin nəticəsidir:
"Bütün bərpa işləri dövlətimizin iqtisadi gücündən, imkanlarından xəbər verir. Heç bir beynəlxalq qurumun, xarici dövlətin yardımı olmadan ölkəmizin qısa zamanda kəsiyində öz gücünə ərazilərin təhlükəsizliyinin təmin olunması, minalardan təmizlənməsi,yüksək səviyyədə quruculuq işinin aparılması asan deyil. Böyük qayıdışla yanaşı köçəcək olan əhalinin işlə təminatı məsələsi artıq həll edilib. Eyni zamanda təhsil, səhiyyə, rabitə, kommunikasiya məsələlərinin hər biri kompleks şəkildə qaydasına salınıb. Bu, “Böyük köç”ün, qayıdışın başlanğıcıdır.
Şuşada təkcə respublika yox, beynəlxalq səviyyəli, ardı-arası kəsilməyən tədbirlərin təşkili torpağ sahiblərinin geri döndüyündən xəbər verir.
Ermənilər həmin ərazilərin bizimki olduğunu deyirdi. 30 il ərzində məscidlərimizə, qəbiristanlıqlarımıza nifrət edirdilər. Bəs digər tikililəri niyə söküb, dağıdır, suyumuzu çirkləndirir, torpaqlarımızı zəhərləyirdilər?! Bu suallar və cavabları düşmənin vandal, aciz oldğunu bir daha təsdiq edir. Hazırda Ağalıya qayıdış başlayır. Yaxın zamanlarda digər şəhərlərimizə, kəndlərimizə də dönəcəyik.
Əhalini doğma yurd-yuvalarına qayıdış münasibətilə təbrik edirəm. Bütün məcburi köçkünlərimizə bu sevinc nəsib olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial