Azad edilmiş ərazilərdə qida subyektlərinin və obyektlərinin qeydiyyatına başlanıb
12:47 21.11.2023
Qarabağ
487
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) işğaldan azad olunmuş ərazilərdə qida təhlükəsizliyi, baytarlıq və fitosanitar, o cümlədən həmin ərazilərə köçürülən əhalinin təhlükəsiz qida ilə təminatına şərait yaradılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan APA-ya bildirilib ki, proses çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında fəaliyyət göstərən sahibkarların işinin asanlaşdırılması məqsədilə AQTA əməkdaşları tərəfindən sahibkarlıq subyektlərinin səyyar formada qeydiyyata alınmasına başlanıb. Sahibkarlar heç bir quruma getmədən və əlavə vaxt itkisinə yol vermədən qida obyektlərinin qeydiyyatına dair çıxarışlarla təmin olunurlar. Artıq noyabr ayının ötən günləri ərzində 32 müəssisə qeydiyyata cəlb edilib və sahibkarlıq subyektləri qanunvericiliyin tələbləri barədə məlumatlandırılıb.
Qeyd edək ki, sahibkarlar Agentliyin “1003-Çağrı Mərkəzi” və regional bölmələri ilə birbaşa əlaqə saxlamaqla, səyyar formada qeydiyyata alınma xidmətindən yararlana bilərlər. Qeydiyyatla bağlı səyyar xidmət göstərilməsi zamanı yalnız Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktlarla müəyyən olunmuş sənədlər tələb edilir.
Səyyar formada qeydiyyata alınma ilə yanaşı, sahibkarlar cavabdeh olduqları obyektlərin qeydiyyatı (təsdiqi) üçün AQTA-nın www.afsa.gov.az saytında “Asan imza” ilə şəxsi kabinetlərinə daxil olaraq onlayn müraciət edə bilərlər. Həmçinin onların şəxsən (və ya səlahiyyətli nümayəndə vasitəsi ilə) kağız daşıyıcılarda “ASAN xidmət” mərkəzlərinə, kiçik və orta biznes evlərinə (KOB evlərinə), “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə və AQTA-nın regional bölmələrinə müraciət etmək imkanları var.
Onu da bildirək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin bütün mərhələləri üzrə fəaliyyət göstərən qida subyektləri və obyektləri qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün dövlət rüsumu tələb olunmur. Obyektlərin (subyektlərin) qeydiyyata alınmadan və ya təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsi isə qadağandır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət