Rusiya ordusu Xarkovda hərbi sənaye obyektlərinə zərbələr endirib

Rusiya Silahlı Qüvvələri oktyabrın 31-nə keçən gecə Ukraynanın hərbi-sənaye kompleksi üçün istifadə olunan logistika və enerji infrastrukturu obyektlərinə qrup halında zərbələr endirib.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin bildirdiyinə görə, Kiyevdə hərbi logistika obyektlərini elektrik enerjisi ilə təmin edən İES-6 yüksək dəqiqlikli zərbə ilə vurulub. Xarkovda isə “Proton” sənaye zonasında Ukrayna Silahlı Qüvvələri üçün ehtiyat hissələrinin istehsal edildiyi sexlər və anbarlar hədəfə alınıb.

Rusiya Müdafiə Nazirliyi bütün planlaşdırılan hədəflərin vurulduğunu iddia edib.