Azad olunan ərazilərdə 90 mindən çox insan yaşayır

İşğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 90316 nəfər təşkil edir.

Bu barədə Teleqraf-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 1 iyul tarixədək işğaldan azad edilmiş ərazilərə 37248 nəfər keçmiş məcburi köçkün geri qayıdıb.

Bununla da işğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 90316 nəfər təşkil edib.