
“Azərbaycan “Laçın dəhlizi”nə müdaxilə etməlidir” – Silahlı dəstələrə qarşı..
Yusif Nəzərli
15:01 10.03.2022
Qarabağ
889
Ermənistan tərəfindən il ərzində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının əsas elementlərindən birini təşkil etmiş “hərbi əsirlər” mövzusu üzrə irəli sürülən əsassız ittihamların neytrallaşdırılması, məsələ ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılması diqqət mərkəzində olub. Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında qeyd edilib.
Bildirib ki, Ermənistan tərəfinin bu kimi təxribat xarakterli hərəkətləri barədə müvafiq beynəlxalq təşkilatlara məktublar ünvanlanıb: “Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı üzrə öhdəliyinə zidd olaraq, öz silahlı qüvvələrini qanunsuz olaraq Azərbaycan ərazilərinə yerləşdirməsi, o cümlədən, təxribat-diversiya qrupları vasitəsilə təxribat xarakterli addımları, “Laçın dəhlizi”ndən təyinatına zidd olaraq hərbi məqsədlərlə istifadə cəhdləri ilə bağlı Azərbaycan Respublikası adından BMT, ATƏT, Avropa Şurası və NATO-nun Baş katiblərinə, ATƏT-in Fəaliyyətdə olan Sədrinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinə, Rusiya Federasiyasının Xarici İşlər nazirinə məktublar ünvanlanıb”. – deyə məlumatda qeyd edilib.

“Laçın dəhlizi”nin təyinatına zidd istifadəsi haqqında “Sherg.az”a danışan millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycan tərəfi nəinki, addım atmalıdır, həm də bura müdaxilə etməlidir:
“Bəyanatda belə buna əsas verən detallar var. Orada qeyd olunub ki, Azərbaycan dəhlizdə müəyyən nəzarəti həyata keçirməlidir və təhlükəsizliyə zəmanət verir. Zəmanət üçün də Azərbaycan oranı yoxlamalıdır. Hesab edirəm ki, bu məsələdə Azərbaycan artıq bütün dünya ölkələrinə , BMT və başqa qurumlara müraciət etməlidir.
Bundan əlavə həm də hərəkət etməlidir. Hər hansı şəkildə silahla bölgəyə daxil olan qüvvələrə Azərbaycan müəyyən dərəcədə öz təsirini göstərməlidir. Lazım olan vaxtda zərbəsini vurmalıdır.
Çünki bu məsələ bütün hallarda Azərbaycanın dövlət maraqlarına və “10 Noyabr Bəyannamə”sinin ruhuna ziddir. Kimsə bundan istifadə edib hansısa bir məqsəd güdürsə, o, bilavasitə bəyannamənin bəndlərini pozur”.
Millət vəkili hesab edir ki, Azərbaycan burada tam haqlıdır və hüquqi cəhətdən məsələni gündəmə gətirməklə əslində ata biləcəyi addımların da müəyyən dərəcədə əsaslandırmasını indidən ortaya qoyur.
Çimnaz
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət