Əl-Cəzirənin əməkdaşları Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında olublar
22:03 07.08.2021
Qarabağ
532
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyevin rəhbərliyi ilə Əl-Cəzirə Media Şəbəkəsinin nümayəndə heyəti Şuşadan qayıdarkən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında olub.
Sherg.az xəbər verir ki, Nümayəndə heyətinin tərkibində Əl-Cəzirə Media Şəbəkəsinin İctimai Azadlıqlar və İnsan Hüquqları Mərkəzinin direktoru Sami al-Hajj başda olmaqla, tanınmış jurnalistlər yer alıblar.
Nümayəndə heyəti 30 ilə yaxın işğaldan əziyyət çəkən ərazilərimizdə erməni vandalizminin nəticələri, həmçinin Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra sürətlə aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.
BAMF-ın prezidenti Umud Mirzəyevin müşayiəti ilə qonaqlar Cəbrayıl rayonunda və Zəngilan rayonunun Ağalı kəndində yeni tikilən "Ağıllı kənd"də olublar. Sonra Qubadlının Göyyal kəndinə gedən nümayəndə heyəti Sami al-Hajjın qayınatası İsa İsmayılovun erməni vandalları tərəfindən dağıdılmış evinə, talan edilmiş və yandırılmış yurd-yuvasına baş çəkiblər.
Əl-Cəzirənin əməkdaşları səfər etdikləri ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərdən, vandallıq aktlarından heyrətlənərək, təəssüf hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, ermənilərin elədikləri insanlığa sığmır və bəşəriyyətə qarşı yönəlik cinayətdir. Onlar 30 ilə yaxın müddətdə Azərbaycana vurduqları ziyana görə kompensasiya ödəməyə borcludurlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Köçəryan Rusiya ilə hədələdi - “Fəlakət olacaq”
13:42 01.06.2026
Region
Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...
13:22 01.06.2026
Gündəm
Putin Paşinyanın ad gününü üç cümləlik mesajla təbrik etdi
13:06 01.06.2026
Gündəm
Netanyahu Beyruta hücum əmri verdi
12:56 01.06.2026
Dünya
Rusiya aviasiya kerosininin ixracını dayandırıb
12:53 01.06.2026
Dünya
Tramp İranın ABŞ üçün sərfəli razılaşmaya razı olduğunu açıqladı
12:39 01.06.2026
Gündəm
Azad edilmiş ərazilərdə ötən ay 284 mina, 1537 PHS aşkarlanıb
12:27 01.06.2026
Gündəm
“Mənim təmiz şəhərim” adlı təmizlik aksiyası keçirilib
12:17 01.06.2026
Ölkə
Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb
12:10 01.06.2026
Hadisə
BMT Baş katibi Azərbaycan Prezidentini təbrik edib
12:08 01.06.2026
Gündəm
Mayda 85 nəfər zəhərlənib, 2-si ölüb
12:03 01.06.2026
Hadisə
Kristersson: Kanada Avropa İttifaqına üzv ola bilər
11:33 01.06.2026
Gündəm
“Səssiz qatil”ə diqqət: Mütəmadi ölçmək həyatı xilas edir
11:07 01.06.2026
Sağlamlıq
İspaniya Baş naziri istefa tələbini rədd etdi
10:55 01.06.2026
Dünya