Ermənilər Laçını tərk etməyə məcburdurlar
Ermənilər Laçını tərk etməyə məcburdurlar
Yusif Nəzərli
07:28 29.06.2022
Qarabağ
445
Paşinyanın açıqlaması İrəvanın artıq prosesə hazırlaşdığını deməyə əsas verir
"Çıxarılacaq ermənilərin hara köçürüləcəyi vacib məqamdır. Ermənistana, yoxsa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə?"
Laçın dəhlizi və Laçın şəhəri Azərbaycana veriləcək. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Erməni baş nazir bildirib ki, 10 noyabr bəyanatına əsasən, üç il ərzində tərəflərin razılığı ilə Laçın dəhlizinin marşrutunda dəyişiklik edilməlidir. Dəyişiklikdə məqsəd Ermənistanla Qarabağın dağlıq hissəsi arasında daha dayanıqlı və etibarlı yol marşrutunu təmin etməkdir.
Laçın şəhəri və Zabux kəndinin əhalisinə gəlincə, Paşinyan bildirib ki, Bakı ehtiyacı olanları evlə təmin edəcək.
Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Laçın şəhəri və Zabuxun təmizlənməsi prosesində üç mümkün perspektiv ola bilər. Analitikin fikrincə, orada qalan ermənilər çıxmağa etiraz edəcəklər:
“Çatlaq səslər artıq eşidilir, lakin razılaşma var. Paşinyanın açıqlaması İrəvanın artıq prosesə hazırlaşdığını deməyə əsas verir. Bununla yanaşı, məsələ Rusiyaya üçtərəfli razılaşmada “irəliləyiş” olduğunu göstərmək baxımından lazımdır. Digər tərəfdən bölgədən çıxmaq istəməyən, ancaq məcbur edilən ermənilər geridə qalanları məhv edəcək. Müharibədən sonra evlərə od vurduqlarını görmüşük, analoji addımın Laçın şəhərində və Zabuxda da atılacağı istisna deyil. Çıxarılacaq ermənilərin hara köçürüləcəyi vacib məqamdır. Ermənistana, yoxsa Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə? Paşinyan bu ermənilərin mənzillə təmin ediləcəyini deyir, lakin mənzilin harada veriləcəyini açıqlamır. Mənzilin Ermənistan hökuməti tərəfindən təmin ediləcəyini nəzərə alsaq, onların Ermənistan ərazisinə köçürüləcəyi məntiqi ortaya çıxır. Hərçənd, Qarabağa – separatçıların olduğu ərazilərə köçürülmələri də istisna deyil. Xüsusilə sülhməramlıların olduğu bölgədə ermənilərin sayının artırılması istəyi fonunda bu mümkündür”.
A.Nərimanlıya görə, Azərbaycan tərəfi bu məsələyə xüsusi diqqət yetirməlidir:
“Laçın şəhəri və Zabuxda yaşayan ermənilər Ermənistanın müxtəlif yerlərindən və Yaxın Şərqdən bu bölgəyə köçürülüb. Onlar “Qarabağ erməniləri” deyil. Həm də Qarabağda hazırda qalan ermənilərin əksəriyyətinin sonradan bölgəyə köçürülənlər olduğu ayrı bir həqiqətdir. Misal üçün, Zabuxun qondarma “icma rəhbəri” Çavuşyan 2014-cü ildə Suriyanın Qamışlı şəhərindən Laçına gəlib. 2016-cı ildə Zabuxa köçüb, 44 günlük müharibədə başının dəstəsi ilə Azərbaycana qarşı döyüşüb. Bakı bu ermənilərin Qarabağa gətirilməməsi, eyni zamanda, evlərin və digər obyektlərin məhv edilməməsi məsələsini rusların qarşısında qaldırmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi