Ermənistan işğalı dərinləşdirir: “Həmsədrlər susur, narahatlıq artır” - Vəziyyət kövrəkləşir !
Turan
09:31 13.06.2020
Qarabağ
1780
“Bu da təbii ki, münaqişənin hərbi yolla həllini sürətləndirir”
“Avropa Parlamentinin bir qrup deputatının bəyanatı göstərdi ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan haqlı tərəfdir”
“Avropa Parlamenti tamamilə haqlı olaraq Ermənistan tərəfinə bildirdi ki, ermənilər Qarabağa magistral yol çəkməklə, orada infrastruktur qurmaqla beynəlxalq hüququ pozurlar”.
Bunu “Sherg.az”a açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, Ermənistanın zəbt etdiyi ərazilərdə tikinti işlərini həyata keçirməsi işğalın dərinləşməsidir:
“Ermənilər Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün artıq üçüncü yolu çəkirlər. Ancaq əfsuslar olsun ki, bir sıra beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələdə susmağa üstünlük verirlər. Hətta pandemiya dövründə belə ermənilərin separatçı və təxribatçı davranışlarına qarşı susqunluq nümayiş etdirirlər. Bu da təbii ki, bölgə ilə bağlı narahatlığı artırır və münaqişənin hərbi yolla həllini sürətləndirir. Ermənistan rəhbərliyi bilərəkdən Azərbaycana qarşı təxribatlara əl atır. Avropa Parlamentinin bir qrup deputatının bəyanatı göstərdi ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan haqlı tərəfdir”.
Z.Məmmədovun sözlərinə görə, ayrı-ayrı subyektlər hüquqi cəhətdən yanımızda yer alsalar da, siyasi baxımdan Ermənistana təzyiq göstərmirlər:
“Hər halda Avropanın nüfuzlu təsisatını təmsil edən deputatların birgə bəyanatı Ermənistan hakimiyyətinin ciddi nöqsanını ortaya qoymuş olur. Paşinyan hökuməti məhz ölkə ictimaiyyətinin diqqətini əsas proseslərdən yayındırmaq və nəzərləri Dağlıq Qarabağ rejiminə yönəltmək üçün müəyyən yollar axtarır. Əslində baş nazirin başaq çıxış yolu yoxdur. Çünki Paşinyan verdiyi vədlərin heç birini reallaşdıra bilməyib və koronavirus pandemiyasına görə ölkə acınacaqlı duruma düşüb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq