Həmsədrlərin ikiüzlülüyü: Hər üç ölkə Qarabağ separatçıları ilə əməkdaşlıq edir - AKTUAL
Turan
13:58 04.11.2019
Qarabağ
769
“ATƏT-in Minsk qrupunun həmsədrlərinin bir müddət bundan əvvəl regiona səfərində heç bir dəyişiklik olmadı”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, həmsədrlərin bir qayda olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real addımları, yalnız separtaçı qondarma rejimi legitimləşdirmək olub:
“Son iki aya diqqət etsək görərik ki, üç həmsədr dövlət danışıqlarda manipulyasiya edir və danışıqlar prosesində görüntü yaradır. Məqsəd Qarabağı gələcək perspektivdə Azərbaycandan ayırmaq üçün əsaslar yaratmaqdır. Təbii ki, burada erməni lobbisinin fəaliyyəti və üç dövlətin xristian təssübşekliyindən qaynaqlanır. Fikir versek, son bir ay ərzində üç həmsədr dövlət parlament səviyyəsində separtçılarla əməkdaşlıq edib. Fransanın bir qrup parlamenarilərinin Xankəndinə səfəri, analoji olaraq separatçıların Fransaya "işgüzar" səfərləri, Rusiya Dumasının deputatlarının işğal olunmuş ərazilərə səfəri, ABŞ konqresmenlərinin Xankəndinə gəlişi, “Artsax”ın “müstəqilliyinin” qeyd edilməsi təxribatçı addımlardır. Göründüyü kimi rəsmi Bakının etirazlarına rəğmən, üç ölkə parlament səviyyəsində separtizmə, ərazilərin dəyişdirilməsinə, işğala dəsək verir. BMT-nin qətnamələrinə, qəbul edilmiş Helsinki Yekun Aktının qərarlarına vasitəçi ölkələr əhəmiyyət vermirlərsə, nədən biz bu üç ölkənin vasitəçiliyilə danışıqları aparmalıyıq?”.
Analitik bildirib ki, həmsədrlər hazırda masada olan “Yenilənmiş Madrid prinsipləri"nin ziddinə fəaliyyət göstərirlər:
“Dekabrda xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Təbii ki, bu görüş də protokol xarakterlidir. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan danışıqların dalana dirənmədiyini, davam etdiyini qeyd edir, həmçinin liderlərin mümkün görüşünü vurğulayır. Ardınca isə Paşinyan Feysbukda qeyd edir ki, münaqişənin həllində heç bir proqram yoxdur və danışıqlar prosesində irəlləyişə nail olunmayıb. Göründüyü kimi Ermənistanın mövqeyində ziddiyyətlərə baxmayaraq, cəbhədə nisbi sakitlik müəyyən razılaşmadan irəli gəlir. Yoxsa, rəsmi Bakı Ermənistana ciddi itkilər yaşadardı. Bununla yanaşı Paşinyan cəbhədə nisbi sabitliyi vurğulmaqla öyünür. Həm də gərginliyin, itkilərin qaçılmaz olduğunu ictimaiyyətə çatdırır”.
M.Əsədullazadənin fikrincə, Azərbaycan və Ermənistan rəhbərliyinin növbəti görüşü gələn il aprelə kimi baş tuta bilər:
“Əgər, proseslər bu ssenariyə uyğun olmasa, Azərbaycan tərəfi hərbi təzyiqlərə başlaya bilər. Hərbi təzyiqlər intensivləşməsə, gələn il Ermənistandan Qarabağa təyyarə reysi açılacaq və ilk sərnişin Paşinyan olacaq. Odur ki, işğalçı ölkənin rəhbərliyinin avantürasının qarşısını almaq üçün indidən preventiv addımlar atmaq lazımdır. Çünki, hazırkı məqamda Qarabağ münaqişəsinin siyasi həll variantı yoxdur. Ermənistanın siyasi iradəsi kənardan idarə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat