İnsanlarımız Qarabağa Böyük qayıdışı gözləyirlər
Turan
06:44 22.04.2021
Qarabağ
761
"Mən çoxlu sayda insan tanıyıram ki, onlar nəinki abadlıq-quruculuq işlərindən sonra, hətta elə indi də öz ata yurdlarının xarabalıqlarında yaşamağa, öz evlərini öz əlləriylə tikməyə hazırdırlar"
Prezident İlham Əliyevin AzTV-yə müsahibəsində diqqət çəkdiyi mühüm məsələlərdən biri də işğaldan azad edilmiş torpaqlarımızın bərpası orada aparılan quruculuq işlərinin gedişatı ilə bağlı idi. Ölkə rəhbəri bir sıra şəhərlərin planlarının hazır olduğunu, infrastrukturların qurulduğunu vurğuladı. Xüsusən qeyd etdi ki, bu il ərzində əsaslı işlər görüləcək və artıq gələn ildən köçkünlərin bir qrupu öz torpaqlarına köçürüləcək. Prezident bəyan edib ki, birinci pilot layihə Zəngilan rayonunda icra ediləcək - “Ağıllı kənd” layihəsidir: “Bu layihə üç kəndi - 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edəcək. Ümid edirəm ki, gələn il artıq bu ilk pilot layihə icra ediləcək və beləliklə, əvvəlcə keçmiş köçkünlərin birinci qrupu öz doğma torpaqlarına qayıdacaqlar”. Dövlət başçısı bildirib ki, bütün şəhərlərin baş planları hazırlanır:
“İlk növbədə, Ağdam şəhərini əhatə edəcək. May ayının sonuna qədər Ağdam şəhərinin baş planının ilkin versiyası təqdim olunacaq və rayon ictimaiyyəti ilə birlikdə müzakirə ediləcək. Kəndlərin bərpasına gəldikdə, burada da biz işlərimizi mərhələlərə bölməliyik. İlk növbədə, biz mövcud infrastruktura yaxın olan kəndləri bərpa etməliyik.
Ağdam, Füzuli, Cəbrayıl rayonlarının keçmiş təmas xəttinə yaxın olan kəndlərinin bərpası ilə bağlı müvafiq göstərişlər verilib”. Torpaqlarımız düşmən işğalından azad olunduqdan sonra Qarabağa Böyük Qayıdışla bağlı müxtəlif versiyalar səslənir.
Ümumən isə köç prosesinin illərlə yubanacağı vurğulanırdı ki, bu da cəmiyyətdə narahatlığa səbəb olurdu. Lakin ölkə rəhbərinin açıqlamasından aydın olur ki, insanlarımızın öz doğma yurd-yuvasına qayıdışı ən qısa zamanda reallaşacaq.
Cəbrayıl rayonundan olan tanınmış jurnalist, Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə “Şərq”ə deyib ki, ölkə rəhbərliyinin köç prosesinə xüsusi diqqət yönəltməsi çox müsbət haldır. Səbirsizliklə doğma yurda qayıtmağı gözləyən jurnalist bildirib ki, Böyük Qayıdış Qarabağın geri qayıtması qədər böyük hadisə olacaq:
“Təkcə qarabağlılar deyil, Azərbaycan xalqı 28 ildi səbirsizliklə bu günü gözləyir. İnşallah, arzumuz tezliklə çin olacaq. Köç prosesinin yaxın bir-iki ildə gerçəkləşəcəyilə bağlı anonslar xüsusi əhəmiyyət kəsb edir.
Bildiyiniz kimi, keçmiş məcburi köçkünlər arasında yaşlı insanlar az deyil. 80-90 yaşlı babalarımız, nənələrimiz var ki, neçə illərdir Əzrayıla can verməyib, bu günü gözləyirlər.
Müharibədən sonra ortaya belə fikirlər atıldı ki, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönüşü ən azı 5-10 il çəkəcək. Bu fikirlər köçkünlər arasında, xüsusilə də yaşlı insanlar arasında pessimizmə səbəb olmuşdu. Çünki 80-90 yaşlı adamın bundan sonra 5-10 il yaşayacağına ümidi bir o qədər də çox deyil.
İndi isə fərqli situasiya yaranıb. 2022-ci il o qədər də uzaqda deyil. Bu xəbər hətta yaşlı insanların da yaşamaq eşqini alovlandırır, insanları bir qədər də ruhlandırır.
Mən çoxlu sayda insan tanıyıram ki, onlar nəinki abadlıq-quruculuq işlərindən sonra, hətta elə indi də öz ata yurdlarının xarabalıqlarında yaşamağa, öz evlərini öz əlləriylə tikməyə hazırdırlar. Ümid edirəm, onların bu arzusu nəzərə alınacaq. İşsiz köçkünləri Qarabağdakı bərpa prosesinə cəlb etmək çox yaxşı olar. Məcburi köçkünlərin qayıdışı ilə o torpaqlar təkrar cana gələcək, Qarabağ yenidən cənnətə dönəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan gələn il üzrə hərbi xərcləri açıqlanıb
21:21 16.09.2026
İqtisadiyyat
İsveçrədə yüngül təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
20:53 16.09.2026
Dünya
Azərbaycan səfiri Lavrovun müavini ilə görüşüb
20:38 16.09.2026
Gündəm
“Mahan Air”in Türkiyə və Omana bəzi uçuşları ləğv edilib
20:28 16.09.2026
Dünya
Uşaqlar yatmazdan əvvəl ekrandan uzaq tutulmalıdır
20:21 16.09.2026
Sağlamlıq
Fransada yanacaq təchizatında problemlər yaranıb
19:50 16.09.2026
Dünya
14 yaşlı Yasin həyətində qəfil vəfat edib
19:38 16.09.2026
Hadisə
179 nəfər Avropadan Azərbaycana gətirildi
18:40 16.09.2026
Aktual
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə