“Paşinyanı Qarabağın taleyi az maraqlandırır. Baş nazirin məqsədi ölkədə apardığı repressiya siyasətinə haqq qazandırmaq və özünü “Qarabağın müdafiəçisi” kimi qələmə verməkdir”. Bunu Sherg.az-a açıqlamasında siyasi icmalçı Azər Rəşidoğlu deyib.
İrəvan işğala haqq qazandırır: Erməni rəsmilərinin bəyanatları münaqişəni alovlandıra bilər
Turan
12:46 15.11.2019
Qarabağ
745
Analitik bildirib ki, Paşinyanın baş nazir seçilməsi ilə Qarabağ danışıqlarında “taym-out” götürüldü.
Ekspertin sözlərinə görə, bir müddət münaqişə barədə ümumiyyətlə danışmayan, “mən Ermənistanın başçısıyam, “DQR”-in öz "başçısı" var” deyən Paşinyan ictimai rəydə nüfuzunun düşdüyünü anladı. Ona görə də Qarabağ mövzusunda danışmağa başladı və sərt bəyanatlar səsləndirdi:
“Paşinyan bəyanatlarında o qədər naşı görünür ki, belə bir təsəvvür formalaşır - o, Qarabağla bağlı hansı addımları atmağın zəruri olduğunu bilmir. Digər tərəfdən baş nazir erməni cəmiyyətinin ümidlərini doğrultmaqda acizdir. Bu gün Ermənistandakı vəziyyət əvvəlki hakimiyyətin dövründəki durumdan heç nə ilə fərqlənmir. Ermənistanın savaş ritorikasını yalnız Paşinyanın adına yazmaq da yanlış olardı. Belə ki, Ermənistan siyasi elitası bütövlükdə işğal faktına bəraət qazandırır. Ermənistan dövlət səviyyəsində işğalçılıq siyasəti yürüdür. İrəvan bu bəyanatlara görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Nəzərə alsaq ki, müharibəyə səsləyən bəyanatların müəllifi Ermənistanın rəsmi şəxsləridir, bu məsələnin beynəlxalq məhkəmədə həll edilməsi perspektivi də mövcuddur. Paşinyan tarixi saxtalaşdırır, müharibənin işğala, etnik təmizləməyə gətirib çıxaran nəticələrini təqdir edir və onları qoruyub saxlamağa çalışır”.
Analitik bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırış etməklə beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozur:
“İrəvan münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də total hörmətsizlik nümayiş etdirir. Ermənistan siyasi elitasının səsləndirdiyi bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Ermənistan rəhbərliyinin işğala çağıran bəyanatlarına son qoyulmayınca, vəziyyət gərgin olaraq qalacaq. Paşinyan savaşa başlamağı planlaşdırarsa, Bakının “Aprel əməliyyatını” təkrarlamaqdan başqa yolu qalmaya bilər. Savaş başlayacağı təqdirdə isə Paşinyan öz diletant bəyanatları ilə uzun müddət tab gətirə bilməyəcək. Bu baxımdan onun üçün yeganə yol Bakının və həmsədrlərin şərtini qəbul etməkdən keçir. Heç bir populist bəyanat bu reallığı dəyişmək gücündə deyil. Beynəlxalq ictimaiyyət bölgədə yeni savaş arzulamırsa, Ermənistanı aqressiv siyasətindən əl çəkməyə vadar etməlidir. Əks təqdirdə, Bakı öz ərazisində Konstitusiya hüququnu özü bərpa edə bilər. Azərbaycanın hərbi-iqtisadi potensialı, eyni zamanda beynəlxalq hüquq da buna imkan verir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Yaxın Şərqə əlavə F-16 və F-35 qırıcıları göndərir
00:58 20.07.2026
Dünya
Tramp dünya çempionatının finalı ilə bağlı proqnozunu açıqladı
00:15 20.07.2026
Dünya
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya