Müdafiə naziri Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrdə olub - VİDEO
06:15 08.08.2021
Qarabağ
518
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir.
Sherg.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yerləşən əsaslı təmir olunmuş hərbi hissələrə baxış keçirib.
Əvvəlcə tank bölmələrinin döyüş hazırlığının səviyyəsini yoxlayan Müdafiə naziri burada hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb. Məruzə olunub ki, hərbi hissədə şəxsi heyətin xidməti üçün bütün lazımi şərait yaradılıb.
Sonra Müdafiə Nazirliyinin rəhbərliyi qeyd olunan ərazilərdə dislokasiya olunan digər hərbi hissələri ziyarət edib.
Bildirilib ki, hərbi hissələr müasir avadanlıq, mebel və inventarlarla təchiz edilib. Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması məqsədilə silah otaqları, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqələri, ərzaq və əşya anbarları, hamam-sanitar qovşaqları istifadəyə verilib. Ərazilərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
Müdafiə naziri şəxsi heyətlə görüşərək Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan zəfərin tarixi əhəmiyyətini bir daha hərbi qulluqçuların diqqətinə çatdırıb, onlara xidmətlərində uğurlar arzulayıb.
Sonda Müdafiə naziri hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Köçəryan Rusiya ilə hədələdi - “Fəlakət olacaq”
13:42 01.06.2026
Region
Ərdoğandan Bakı Enerji Həftəsinə mesaj: Suriyaya qaz tədarükü...
13:22 01.06.2026
Gündəm
Putin Paşinyanın ad gününü üç cümləlik mesajla təbrik etdi
13:06 01.06.2026
Gündəm
Netanyahu Beyruta hücum əmri verdi
12:56 01.06.2026
Dünya
Rusiya aviasiya kerosininin ixracını dayandırıb
12:53 01.06.2026
Dünya
Tramp İranın ABŞ üçün sərfəli razılaşmaya razı olduğunu açıqladı
12:39 01.06.2026
Gündəm
Azad edilmiş ərazilərdə ötən ay 284 mina, 1537 PHS aşkarlanıb
12:27 01.06.2026
Gündəm
“Mənim təmiz şəhərim” adlı təmizlik aksiyası keçirilib
12:17 01.06.2026
Ölkə
Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb
12:10 01.06.2026
Hadisə
BMT Baş katibi Azərbaycan Prezidentini təbrik edib
12:08 01.06.2026
Gündəm
Mayda 85 nəfər zəhərlənib, 2-si ölüb
12:03 01.06.2026
Hadisə
Kristersson: Kanada Avropa İttifaqına üzv ola bilər
11:33 01.06.2026
Gündəm
“Səssiz qatil”ə diqqət: Mütəmadi ölçmək həyatı xilas edir
11:07 01.06.2026
Sağlamlıq
İspaniya Baş naziri istefa tələbini rədd etdi
10:55 01.06.2026
Dünya