Müdafiə naziri ön idarəetmə məntəqəsində olub



Müdafiə naziri general-polkovnik Zakir Həsənov genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsində səhra şəraitində yaradılan ön idarəetmə məntəqəsində olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Şərq"ə bildiriblər ki, ön idarəetmə məntəqəsində videokonfrans vasitəsilə general-polkovnik Zakir Həsənova təlimin hazırkı vəziyyəti barədə məruzələr edilib.

Sonda Müdafiə naziri əsas və ehtiyat idarəetmə məntəqələrində yaradılmış qrupların fəaliyyətini izləyib.