Parlamentdə Xankəndi məsələsi qaldırıldı: “Sülhün qarantı Azərbaycandır”
Yusif Nəzərli
08:37 05.04.2022
Qarabağ
589
“Azərbaycan Ordusunun Xocalının Fərrux kəndi və yüksəkliyinə nəzarətindən sonra ABŞ Dövlət Departamenti və bir sıra konqresmenin verdikləri açıqlamaları qəbuledilməz sayırıq”.
Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
O bildirib ki, Azərbaycan öz ərazilərində ikinci ölkənin silahlı qüvvələrinin mövcudluğunun yolverilməzliyini dəfələrlə bəyan edib.
Millət vəkili qeyd edib ki, Xankəndi də daxil bütün ərazilərdə sülhün qarantı Azərbaycan dövləti və ordusudur.
“Ona görə də Xocalıya, Əsgərəna, yaxud Kəlbəcərə yaxın ərazilərdə yeni Ohanyan səddi, yaxud təmas xətti düzəltmək mümkün deyil. Beləliklə, son hadisələr iki il əvvəlki savaşın davamı sayıla bilməz, çünki prezidentin “müharibə bitib” bəyanatı qüvvədədir!” - deyə Zahid Oruc əlavə edib.
Komitə sədri qeyd edib ki, İrəvanın Azərbaycan Ordusunun Fərruxla bağlı əməliyyatını “ermənilərin regiondan tam etnik təmizlənməsi” planı adlandırması həqiqəti əks etdirmir.
“Çünki Ordumuz mülki ermənilərlə savaşmır, digər tərəfdən, erməni silahlı qüvvələrinin Qarabağdakı qalıqları nə ordu sayıla bilər, nə də yeni ərazi işğalları həyata keçirməyə qadir olan qüvvə. Azərbaycan ərazisində yalnız bir ordu var! Ona görə də sülh arzulayan erməni Qarabağda dinc yaşamaq istəyirsə, silahını öz millətçi-faşist qüvvələrinə qarşı çevirsin!”
Zahid Oruc qeyd edib ki, Azərbaycan dövlətini Rusiya sülhməramlı qüvvələri ilə toqquşdurmağa və belə planın arxasında gizlənməyə çalışanlar açıq görünürlər.
“Lakin Azərbaycan dövləti sülhyaradıcı qüvvələrə dəqiq məsuliyyət zonası və hüquqi çərçivə yaratdığından imzaladığı prinsiplərə sadiqdir.
Geniş auditoriyası olan xarici media orqanlarında, eləcə də Serbiya prezidentindən müxtəlif ekspert cəmiyyətlərinə qədər Rusiya-Ukrayna savaşı ilə Qarabağdakı hadisələr arasında paralellər aparılması, bağlantılar qurulması, ölkəmizin “ikinci cəbhə” açdığına dair iddialar sürülməsi 44 günlük müharibədən sonra regiondan çıxarılmış qüvvələrin daha çox işinə yarayır. 1990-cı illərdən fərqli olaraq, xalqımız belə ssenariləri görür və 44 günlük savaşın nəticəsində kənarda qalan dövlətlərin bu yolla bölgəyə qayıtmasına qətiyyətlə qarşıdır”, - deyə Zahid Oruc əlavə edib.
O fikrini belə yekunlaşdırıb:
“Dünya tarixində ən böyük absurd - Minsk qrupunun varlığı və onun üzvlərinin son hadisəyə eyni mövqedən verdikləri qiymətdir. Necə ola bilər ki, yüzdən artıq dövləti Moskva əleyhinə birləşdirməyi bacaran və bütün iqtisadi, siyasi, hərbi təşkilatlardan Rusiyanı çıxaran ABŞ və Fransa dövlətləri Fərrux kəndi kimi dünya siyasəti üçün çox kiçik hadisədə vahid cəbhədən çıxış edirlər. Yəqin, Qarabağa aid olmayan Minsk qrupu Amerika və Rusiyanın tək ittifaqı kimi dünya tarixində əbədi qalacaq!
Hazırkı Ukraynada savaşın köklərini SSRİ-nin dağılması zamanı Qarabağdan başlayan hadisələrə düzgün qiymət verilməməsi təşkil edir. Təəssüf ki, 44 günlük müharibədən sonra ərazi bütövlüyünü təmin etmiş Azərbaycana eyni yanaşmanı tətbiq edirlər. Bir sıra dövlətlər Qafqazda və Azərbaycanda itirdikləri mövqeləri geri qaytarmaq üçün ən kiçik toqquşmalardan istifadə etməyə hazırdırlar.
Biz dünyaya deyirik - Ukraynaya göstərdiyiniz total dəstəyi ölkəmizə münasibətdə də təkrarlamağınızı gözləmirik, lakin heç olmasa, qarşımızda durmayın. Bu, hüquqa və ədalət prinsiplərinə dair bəyanatlarınızı kağız parçasına çevirir!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nyu-Yorkda Azərbaycan bayrağı ucaldılıb
22:53 28.05.2026
Siyasət
Bürc Xəlifə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
22:36 28.05.2026
Gündəm
Qafar Çaxmaqlı: Köçəryanın Paşinyan qarşısında şansı yoxdur
22:21 28.05.2026
Cənubi Qafqaz
Netanyahu orduya Qəzza zolağının 70%-nə nəzarət etməyi əmr verdi
20:59 28.05.2026
Dünya
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
20:38 28.05.2026
Rəsmi
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
20:02 28.05.2026
Cəmiyyət
Neftin qiyməti ABŞ-İran razılaşması fonunda ucuzlaşıb
19:46 28.05.2026
İqtisadiyyat
Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
19:16 28.05.2026
Dünya
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya